Kanada, ABŞ-ın tətbiq etdiyi tariflərə öz genişmiqyaslı cavab tarifləri ilə qarşılıq verir. Belə ki, Kanada hökuməti Amerikadan gələn 155 milyard dollarlıq mala tarif tətbiq edəcək. Bu gün Kanada hökuməti ilkin mərhələdə Amerikadan gələn və 25 faizlik tarif tətbiq ediləcək 30 milyard dollarlıq malların siyahısını açıqladı.
Kanada hökumətinin tariflərindən təsirlənən bəzi ABŞ mallarını aşağıdakı siyahıda vermişik:
Ət və ət məhsulları (quş əti və digər heyvan ətləri)
Ağartı məhsulları: süd, qaymaq, qatıq, ayran, kəsmik, kərə yağı və süddən alınan digər məhsullar
Yumurta
Təbii bal
Pomidor
Paxlalı bitkilər və qoz-fındıq
Sitrus meyvələri, qovun, ərik, gilas, şaftalı və gavalı
Qəhvə və çay
İstiot, vanil, darçın, mixək, muskat, muskat çiçəyi, hil, razyana, keşniş, zirə və ya kərövüz toxumu, zəncəfil, zəfəran, sarıkök, kəklikotu və dəfnə yarpağı
Buğda
Çovdar, arpa, yulaf, düyü
Tərəvəz şirələri və ekstraktları
Balıq yağı, yer fıstığı yağı, günəbaxan, pambıq toxumu, kanola, palma, xardal yağı
Marqarin
Kolbasa və ətdən hazırlanmış və ya konservləşdirilmiş məhsullar
Kazein, albuminlər və peptonlar
Xərçəngkimilər, molyusklar və digər suda yaşayan heyvanlar
Şəkər (qamış, çuğundur və digər şəkərlər, o cümlədən konfet məhsulları)
Şokolad və səməni ekstraktı
Makaron
Tərəvəzlər
Souslar, şorbalar və bulyonlar
Dondurma
Tam siyahı ilə bu linkdən tanış ola bilərsiniz: Tam siyahı
Foto: Evan Vucci/Associated Press