[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Balaca həmyerlilərimiz Torontodakı Uşaq Festivalında milli rəqslərimizi ifa ediblər

Dünən Kanada Türk Mədəniyyəti və Folklor Cəmiyyətinin təşkilatçılığı ilə Toronto şəhərində  Multikultural Uşaq Festivalı keçirilib. Makedoniya Kilsəsində düzənlənən festival Türkiyə Böyük Millət Məclisinin 105-ci ildönümü və Mustafa Kamal Atatürkün uşaqlara ərmağan etdiyi 23 Aprel Milli Suverenlik və Uşaqlar Gününə həsr olunub.

Festivala Yaponiya, Çin, Albaniya, Türkiyə, Serbiya və digər icmaları təmsil edən Kanada məktəbliləri öz maraqlı rəqsləri ilə qatılıblar. Azərbaycan icmasını, Kanadadakı Azərbaycan Evinin “Mənim Azərbaycanım” Məktəbi və Toronto Şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin Azərbaycan dili sinfinin şagirdləri təmsil ediblər. Şagirdlərimizin bir-birindən gözəl, peşəkar rəqsləri tamaçaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Mənim Azərbaycanım” Məktəbinin rəqs müəllimi uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışan peşəkar rəqqas Orxan İslamovdur. Toronto Şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin Azərbaycan dili sinfinin şagirdlərindən ibarət rəqs qrupunun müəllimi isə peşəkar rəqqas Qəmər Peyğəmbəridir.

Tədbirdə uşaqlar üçün müxtəlif əyləncələr də təşkil edilib. Müxtəlif stollarda rəngləmələr, fiqurların düzəldilməsi, sehrbazın çıxışı, üz boyanması, pulsuz kitabların paylanması uşaqların gününün daha da şən keçməsinə səbəb olub.

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar