[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Britaniya kralı III Çarlz və kraliça Kamilla Kanadada səfərdədir

 Kral III Çarlz və Kraliça Kamilla dünən Londonda yerləşən Kanada Evinə səfər ediblər. Səfər, Kanada Evinin 100 illik yubileyini qeyd etmək məqsədi daşıyıb. Londondakı məşhur Trafalqar Meydanında yerləşən bu möhtəşəm bina Kanadanın Birləşmiş Krallıqdakı diplomatik missiyasına ev sahibliyi etməklə yanaşı, Kanadanın incəsənətini, musiqisini və mədəniyyətini də nümayiş etdirir.

CTVNews-un yazdığına görə, Çarlz və Kamilla Kanada Evinin rəsmi açarı ilə onu salamlayan Böyük Britaniyadakı Kanada Ali Komissarı Ralf Qudeyl və digər rəsmilərlə görüşüblər. Qeyd edək ki, Kral Çarlzın babası V Qeorqa 1925-ci ilin iyununda Kanada Evinin rəsmi açılışı zamanı Kanada bronzu, gümüşü və nikelindən hazırlanmış açar təqdim olunmuşdu.

Çarlz və Kamilla mayın 26-27-də Ottavada keçiriləcək yeni parlament sessiyasının açılışında iştirak edəcəklər. Mayın 27-də Kral nadir hallarda baş verən hadisə olaraq, taxt nitqini özü səsləndirəcək və yeni Liberal hökumətin prioritetlərini açıqlayacaq.

Taxt nitqləri adətən Kanadada monarxın nümayəndəsi olan general-qubernator tərəfindən oxunur. Britaniya monarxı III Çarlz Kanadanın dövlət başçısıdır.

Kralın bu səfəri baş nazir Mark Karni tərəfindən xahiş olunub. Bu, Çarlzın Kanadaya 20-ci, lakin kral kimi ilk səfəri olacaq. Anası Kraliça II Elizabet 1957 və 1977-ci illərdə Kanadada taxt nitqləri səsləndirmişdi.

Karni bu səfəri elan edərkən bildirib ki, bu, tarixi bir şərəfdir.

Kral Çarlz ABŞ Prezidenti Donald Trampın Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək barədə fikirlərinə birbaşa münasibət bildirməsə də, qarşıdan gələn səfər Kanadanın müstəqilliyi və suverenliyinə verilən dəstək kimi qiymətləndirilir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar