Həftəsonu Çiyələk Festivalı
Festival: Çiyələk FestivalI
Giriş: Ödənişsiz
Tarix: 28-29 İyun (Şənbə və Bazar günləri)
Zaman: 09:00-21:00
Məkan: Memorial Park
Ünvan: 2 Park Dr, Whitchurch-Stouffville, ON
Şəhər/Əyalət: Stouffville, Ontario
Tədbirdə sizi nə gözləyir?
Müxtəlif ləzzətli yeməklər (ödənişli), möhtəşəm yarmarka satıcıları, maraqlı səhnə çıxışları və hər yaşa uyğun fəaliyyətlər yer alacaq. Bu linkə daxil olaraq festivalın cədvəli ilə tanış ola bilərsiniz.
Harbourfront Centerdə Kanada Günü
Giriş: Ödənişsiz
Tarix: 1 İyul (Çərşənbə axşamı)
Zaman: 12:00-23:00
Məkan: Memorial Park
Ünvan: 235 Queen Quay W, Toronto, Ontario
Tədbirdə sizi nə gözləyir?
Müxtəlif müğənnilərin səhnədə çıxışları, canlı musiqi, rəqs, uşaqlar üçün maraqlı fəaliyyətlər, atəşfəşanlıq.
Kanada Günü Thomson Memorial Parkda
Giriş: Ödənişsiz
Sponsor: Tim Hortons
Tarix: 1 İyul (Çərşənbə axşamı)
⏰ Zaman: 10:00-15:00
Məkan: Memorial Park
Ünvan: Thomson Memorial Park, 1005 Brimley Rd, Scarborough, ON, M1P 3E8
Tədbirdə sizi nə gözləyir?
İlk gələnlərə pulsuz pankek səhər yeməyi
Uşaqlar üçün pulsuz əl işləri Şar qalaları, kiçik qatar gəzintiləri
Canlı musiqi və əyləncə
Yerli sənətkarların əl işləri.
Scarborough Muzeyi park ərazisində yerləşir və saat 11:00-dan 17:00-dək açıq olacaq.
Kanadanın Ritmləri Yay Festivalı (30 İyun-1 İyul) – Ödənişsiz
Təşkilatçı: Ağa Xan Muzeyi
Giriş: Ödənişsiz
Tarix: 30 İyun və 1 İyul (Bazar ertəsi – Çərşənbə axşamı)
Zaman: 10:00-21:00
Məkan: Agha Khan Museum (Ağa Xan Muzeyi)
Ünvan: 77 Wynford Dr, Toronto, Ontraio
Tədbirdə sizi nə gözləyir?
Kanadanın zəngin mədəni müxtəlifliyini, iki gün davam edəcək dünya səviyyəli çıxışlarla, hər yaş üçün nəzərdə tutulmuş interaktiv fəaliyyətlərlə və ləzzətli yeməklərlə kəşf edin. Muzeydən tutmuş Aga Xan Parkınadək bütün ərazi musiqi, incəsənət və rəngarəng bayram ovqatı ilə canlanacaq.
Festival boyunca Muzeyin Daimi Ekspozisiyası ziyarətçilər üçün pulsuz olacaq.
Bu linkdən tədbir haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
Scarborough Muzeyində “Scarboroughda Ev Qurmaq”
Giriş: Ödənişsiz
Tarix: 1 iyul 2025
⏰ Saat: 11:00 – 17:00
Məkan: Scarborough Muzeyi
Ünvan: 1007 Brimley Rd, Toronto, ON M1P 3E8
Tədbirdə sizi nə gözləyir?
Xına Sənəti, çəmənlikdə yoga, sənətkarlıq sərgiləri
Gibson Houseda Kanada Günü
Giriş: Ödənişsiz
Tarix: 1 iyul 2025
⏰ Saat: 11:00 – 17:00
Məkan: Gibson House Muzeyi,
Ünvan: 5172 Yonge St, Toronto, ON M2N 0G1
Tədbirdə sizi nə gözləyir?
Gibson Housea baş çəkərək, 19-cu əsrə aid sirli, sehrli evlə tanış olacaqsınız. Bu ferma tipli ev, Şimali Yorkun hündür binaları arasında gizlənmiş tarixin bir parçasıdır. Qapıdan içəri addım atın və özünüzü 1850-ci illərin mətbəxində hiss edin. Ocaq tüstüsünün və mum şamlarının isti qoxusu sizi qarşılasın.
David Gibsonun – Şotlandiyadan immiqrasiya etmiş torpaqölçən, fermer, siyasətçi və üsyançı – bir icmaya, şəhərə və vilayətə necə iz qoyduğunu kəşf edin.
Gibson House ziyarətçilərə tarixi dadmaq, qoxulamaq və hiss etmək fürsəti təqdim edir.
Mel Lastman Meydanında Kanada Günü Bayramı və Atəşfəşanlıq
Giriş: Ödənişsiz
Tarix: 1 iyul 2025
⏰ Saat: 11:00 – 22:00
Məkan: Mel Lastman Square
Ünvan: 5100 Yonge St, North York, ON M2N 5V7
Tədbirdə sizi nə gözləyir?
Canlı musiqi, küçə sənətçilərinin çıxışları və digər əyləncəli çıxışlar
Uşaqlar üçün zona – şar qalaları, şişmə attraksionlar, üz boyama və əl işləri (saat 20:00-a qədər açıq)
Yemək və yerli satıcıların yarmarkası
Tədbirin sonunda – saat 22:00-da atəşfəşanlıq olacaq.
Kanada Günü Niagara-on-the-Lake-də
Giriş: Ödənişsiz
Tarix: 1 iyul 2025
⏰ Saat: 10:00 – 22:00
Məkan: Niagara-on-the-Lake
Ünvan: 51 Queen’s Parade, ON, Kanada, Ontario L0S 1J0
Tədbirdə sizi nə gözləyir?
Simcoe Parkında saat 11:30-dan 15:00-a qədər Niagara-on-the-Lake Rotary Klubunun hazırlayıb təqdim etdiyi barbekü naharı ilə günə başlayın. Parkda canlı musiqi və uşaqlar üçün əyləncələr olacaq.
Saat 15:00-da illik Tort Paradı 41-ci Alay Fife və Nağara Qrupu tərəfindən idarə olunaraq Queen küçəsindən Simcoe Parkına doğru irəliləyəcək. Burada tort ictimaiyyətə ödənişsiz şəkildə paylanacaq.
Fort George Milli Tarixi Yeri 1 iyulda saat 10:00-dan 22:00-a qədər açıq olacaq və giriş bütün gün pulsuzdur! Gün ərzində ziyarətçilər tarixi binaları gəzə, kostyumlu bələdçilərlə tanış ola, tüfəng nümayişlərini və s. izləyə biləcəklər. (Qeyd: binalar saat 17:00-da bağlanır.)
Saat 14:00-dan 16:00-a qədər Fort George daxilində sərinləşdirici içkilər və şirniyyatlar, saat 16:00-dan isə qida xidməti təqdim olunacaq.
Axşam əyləncəsi saat 18:30-da başlayacaq, daha sonra Fort George piyada birliyi və Fife və Drum Qrupu çıxış edəcək.
Səhnədə: “The Howling Horns” – 8 nəfərlik qrup rəqs və klassik rok musiqisinə qədər geniş repertuarla çıxış edəcək.
Saat 22:00-da gecə Garden City Fireworks şirkətinin təqdimatında mükəmməl atəşfəşanlıq şousu ilə yekunlaşacaq.
Bu linkə keçid edərək Kanada Günü ilə bağlı Niagara-on-the-Lake-də keçiriləcək əyləncəli tədbirlərələ tanış ola bilərsiniz.