[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontarioda erkən əyalət seçkiləri fevralın 27-də keçiriləcək

kanadada seçkiler

Doug Ford: “İnsanlar seçim etməlidir – iş yerlərini qoruyacaq, dolanışıqlarını və bizneslərini müdafiə edəcək bir lider istəyirlərmi?”

Ontarioda erkən əyalət seçkiləri fevralın 27-də keçiriləcək. Bu qərarı Ontario əyalətinin baş naziri Doug Ford, fevralın 28-də Ontarionun leytenant-qubernatoru ilə görüşdükdən sonra rəsmi olaraq elan edib.

Ford çərşənbə axşamı günortadan sonra leytenant-qubernator Edit Dümonu (Edith Dumont) ziyarət edərək Ontario əyalətinin 43-cü parlamentini buraxmasını xahiş edib. Dümon bu tələbi qəbul edib.

CBC xəbər portalının yazdığına görə, Ford bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə mübarizə aparmaq üçün seçicilərdən yeni bir mandat alması vacibdir. O, bu fikrini leytenant-qubernatorla görüşündən əvvəl, çərşənbə axşamı keçirilən mətbuat konfransında da təkrarlayıb:

“Növbəti dörd il üçün böyük bir mübarizə olacaq. Mən əmin olmaq istəyirəm ki, prezident Trampdan daha güclü mandatım var”.

Fordun sözlərinə görə, kabineti Trampın tətbiq edəcəyi tariflərdən dolayı yaranacaq iqtisadi peoblemlərlə mübarizə aparmaq üçün “iqtisadi fəaliyyət planı” müzakirə edib və bu plan seçki kampaniyası zamanı təqdim ediləcək.

Seçkilərin daha zəif bir mandatla nəticələnə biləcəyindən narahat olub-olmadığı soruşulduqda, Ford bunun “xalqın qərarına bağlı olduğunu” deyib.

“İnsanlar seçim etməlidir – iş yerlərini qoruyacaq, dolanışıqlarını və bizneslərini müdafiə edəcək bir lider istəyirlərmi?”, – Ford vurğulayıb.

Yaşıllar Partiyasının lideri Mayk Şrayner isə bildirib ki, tariflər tətbiq edildikdən sonra plan elan etməyin məntiqi yoxdur:

“Əgər baş nazirin hazır iqtisadi fəaliyyət planı varsa, niyə onu dərhal icra etmir?”, – Şrayner bəyanatında yazıb.

O, eləcə də NDP lideri Marit Stails və Liberal Partiyanın lideri Bonni Krombiylə birlikdə, seçkilərin bir il tezləşdirilməsini vaxt və pul itkisi adlandırıb.

Krombi bəyanatında bildirib:

“Doug Fordun Ontariosu sizə uğursuzluq gətirib. O, səhiyyə sistemimizi bərpa etmək və insanların həyatını daha əlçatan etmək əvəzinə erkən seçkilərə 175 milyon dollar xərcləyir”.

Stails isə Fordu şəxsi siyasi maraqlarını güdməkdə ittiham edib: “İnsanların hər bir iş yerini qorumaq üçün var gücü ilə mübarizə aparacaq bir baş nazirə ehtiyacı var, bir ildən çox erkən seçkiyə qaçan birinə yox”.

Bütün partiyalar seçki hazırlıqlarını sürətləndirərək namizədlərini müəyyən etməyə fokuslanıblar.

Ontario Liberal Partiyası çərşənbə axşamı Krombinin Mississauga East-Cooksville dairəsindən namizəd olacağını təsdiqləyib.

Ford isə həm baş nazir kimi fəaliyyətini davam etdirməyi, həm də Mühafizəkarların lideri olaraq seçki kampaniyasını aparmağı planlaşdırır. O, fevral ayında digər əyalət baş nazirləri ilə birlikdə Vaşinqtona səfər edəcəyini də açıqlayıb.

Fotonun müəllifi: Julie Oliver/Post Media Files

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp