[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontarioda yüzlərlə tibb bacısının iş yeri ixtisar edilib

Universitet Sağlamlıq Şəbəkəsi daha 28 qeydiyyatdan keçmiş tibb bacısı (RN) vəzifəsini ixtisar edib. Ontario Tibb Bacıları Assosiasiyası bildirir ki, bu ixtisarların əksəriyyəti böyrək xəstəlikləri üzrə ixtisaslaşmış bölmədə baş verib və bu, artıq xəstə sıxlığı, iş yükü və zorakılıq hallarının artdığı bir dövrdə ciddi narahatlıq yaradır.

Ontario Tibb Bacıları Assosiasiyasının prezidenti Erin Ariss “CTVNews”a deyib ki, bu vəziyyət xəstələr üçün həyati təhlükə yarada bilər: “Ölkədə əhaliyə nisbətdə ən az tibb bacısı olan bir vaxtda bu vəzifələrin ixtisarı şokedicidir”.

İxtisar edilən iş yerlərinin çoxu hemodializ bölməsində olub. Universitet Sağlamlıq Şəbəkəsi  isə bildirir ki, böyrək xəstəliklərinin müalicəsində irəliləyiş olduğundan artıq əvvəlki illərlə müqayisədə 30-40 nəfər az xəstə mərkəzdə dializ alır. Buna görə də kadr strukturu yenidən qurulur və bəzi vəzifələr digər tibb işçilərinə ötürülür.

E.Ariss isə hesab edir ki, əsas səbəb maliyyə çatışmazlığıdır və Universitet Sağlamlıq Şəbəkəsi daha çox tibb bacısını işə götürə bilmir.

Ontario Tibb Bacıları Assosiasiyasının məlumatına görə, 2025-ci ilin yanvarından bəri Ontarioda 700-ə yaxın tibb bacısı və səhiyyə işçisinin vəzifəsi ixtisar olunub. Lakin Ontario Səhiyyə Nazirliyi bu rəqəmi təsdiqləmir və belə iddiaların əsaslandırılmadığını bildirib. Nazirlik əlavə edib ki, beynəlxalq təhsil almış tibb bacıları üçün maneələr azaldılıb və təhsil dəstəyi proqramları genişləndirilib.

Bu arada, Yeni Şotlandiya və Britaniya Kolumbiası kimi əyalətlərdə vəziyyətin daha yaxşı olduğu qeyd olunur. Yeni Şotlandiyada məzun olan tibb bacılarına iş zəmanəti verilir, Britaniya Kolumbiyasında isə tibb bacısı-xəstə nisbəti tətbiq olunur ki, bu da daha təhlükəsiz və keyfiyyətli xidmətə şərait yaradır.

Ekspertlər bildirir ki, Ontarioda bu kimi addımların olmaması tibb bacılarının digər əyalətlərə köçməsinə səbəb ola bilər.

Eyni zamanda, hər iki əyalətdə tibb işçilərinə qarşı zorakılıq hallarının artdığı da vurğulanır. Britaniya Kolumbiyasında hər 16 saatdan bir tibb bacısı zorakılıq səbəbilə işdən kənar qalır. Yeni Şotlandiya isə xəstəxanalarda süni intellektlə işləyən metal detektorlar quraşdıraraq təhlükəsizliyi artırmağa çalışır.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar