[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Sabahkı seçkilərdə izlənməsi vacib olan 10 dairə

kanadada seçkiler

Sabah Ontarioda yaşayanlar Əyalət Parlamentinin üzvlərini (MPPs) seçəcəklər. Aparılan sorğular Mühafizəkarların (Progressive Conservative Party) yenidən seçilməyə çox yaxın olduğunu göstərir. Amma əyalətdəki bəzi dairələrdə nəticələr çox cüzi sayla fərqlənə və bu cüzi fərq seçkinin taleyinə təsir göstərə bilər. Odur ki, seçki gecəsi izlənməsi vacib olan aşağıdakı 10 dairəni sizə təqdim edirik:

Mississauga East-Cooksville

Mississauga şəhərinin keçmiş meri və Liberal partiyadan olan Bonnie Krombi, altı dairədən hansında namizəd olacağını seçmək üçün çox düşündü və nəhayət Mississauga East-Cooksville dairəsindən namizədliyini verdi. Mississauga bölgəsində Mühafizəkarların millət vəkili olmayan yeganə dairə budur və partiyanın namizəd seçimi çox maraqlıdır. Xanım Silvia Gualtieri, Brampton şəhərinin meri Patrick Brounun qayınanasıdır. Mississauga dairələri tez-tez Liberallar və Mühafizəkarlar arasında dəyişir, adətən ölkə üzrə qalib partiyaya səs verirlər. Krombi isə tanınmış siyasi sima kimi burada Liberal Partiyasına qələbə qazandırmağa ümid edir.

Vindsor Vest (Windsor West)

Mühafizəkarlar son illərdə fabrik işçiləri və “mavi yaxalı” işçilərin səsləri uğrunda mübarizə aparır və Vindsor şəhərini bu strategiyanın əsas hissəsi hesab edirlər. 2018-ci ildən  Demokratların (New Democratic Party – NDP) nəzarətində olan Windsor bölgəsində iki dairəni qazanan Mühafizəkarlar bu dəfə üçüncüsünü də qazanmaq istəyirlər. Daq Ford seçki kampaniyasını buradan başlatdı və ABŞ-la münasibətlər kampaniyasının əsas hissəsinə çevrildi.

Toronto-St. Paul’s

Toronto-St. Paul’s dairəsi bir zamanlar Liberalların qalası hesab olunurdu, lakin 2018-ci ildə Liberallar bu dairəni Demokratlar partiyasına (NDP) uduzdu. 2022-ci ildə Liberalların namizədi seçilməyə çox yaxın olsa da, uduzdu. Liberal partiyanın bu dəfəki namizədi  keçmiş CP24 xəbər aparıcısı Stefani Smisdir. Bu seçkidə Liberallar mandatlarını artırmaq istədikləri üçün bu dairə onların əsas hədəflərindən biridir.

Kitchener Centre

Yaşıllar Partiyasının lideri Mike Schreiner 2018-ci ildən bəri Guelph dairəsində qalib gəlir. Keçmiş şəhər şurası üzvü Aislinn Clancy 2023-cü ildə NDP-yə qarşı böyük fərqlə qalib gəldi. Yaşıllar Partiyası bu seçkidə dairəni qoruyub saxlamaq və sübut etmək istəyir ki, 2023-cü il təsadüf deyildi. 2000-ci illərdən bəri bu dairə üç böyük partiya tərəfindən fərqli illərdə qazanılıb.

Barrie-Springwater-Oro-Medonte

Mühafizəkarların namizədi Daq Douney 2018-ci ildən bu yana bu dairəni təmsil edir və Daq  Ford hökumətində baş prokuror kimi xidmət edib. 2022-ci ildə Liberal namizəd Jeff Lehmana qarşı namizədliyini verib və cəmi 300 səslə qələbə qazanıb. Bu dəfə Liberalların namizədi Rose Zachariasdır. O, keçmiş Ontario Tibb Assosiasiyasının prezidenti və həkimdir. Liberalların səhiyyəni əsas seçki mövzusu etməyə çalışdığı nəzərə alınarsa, bu dairədə onların uğur qazanmaq şansı var.

York South-Weston

Daq Fordun qardaşı oğlu Mixael Fordun yenidən namizəd olmamaq qərarı bu dairəni daha rəqabətli hala gətirdi. Mixael Ford 2022-ci ildə burada seçildi və NDP-nin namizədi Faisal Hassanı məğlub etdi. Hassan bu dəfə yenidən namizəd olaraq mübarizə aparır.

Sault Ste. Marie

Mühafizəkarlar bu dairəni 2017-ci il seçkilərindən bəri saxlayırlar, lakin onların deputatı Ross Romano yenidən namizəd olmamaq qərarı verib. NDP isə səhiyyə problemlərinə görə burada şansının artdığını düşünür. Lakin bölgədə Algoma Steelin əsas işəgötürən olması, Daq Fordun tariflərə qarşı apardığı siyasəti Mühafizəkarların xeyrinə işləyə bilər.

Hamilton Centre

Bu dairə normalda NDP-nin asanlıqla qazanacağı yerdir, lakin bu seçkidə qeyri-müəyyənlik var. Keçmiş NDP lideri Andrea Horvath illər boyu bu dairəni böyük fərqlə qazanmışdı, lakin 2022-ci ildə istefa verdi. Sarah Jama 2023-cü ildə keçirilən aralıq seçkilərdə (byelection) qalib gəldi, lakin sonradan NDP fraksiyasından qovuldu və müstəqil namizəd kimi qalmağa davam etdi. Jama NDP dəstəyini bölmək potensialına sahibdir.

Eglinton-Lawrence

Mühafizəkarların namizədi Robin Martin bu dairədə son iki seçkini az fərqlə qazanıb, lakin o, yenidən namizəd olmayacaq. Liberallar Vince Gasparronu güclü namizəd kimi görürlər. NDP-nin namizədi son anda namizədliyini geri götürərək bu dairənin iki əsas partiyaya buraxdı.

Haldimand-Norfolk

Bobbi Ann Brady 2022-ci ildə bu dairəni müstəqil namizəd kimi qazanaraq hər kəsi təəccübləndirdi. Bu, Ontarioda nadir hallarda baş verən hadisədir. 1995-ci ildən bu yana Mühafizəkarlar partiyasının nəzarətində olan bu dairədə Brady, 23 il bu partiyadan seçilən keçmiş millət vəkilinin köməkçisi kimi çalışıb. O, müstəqil olaraq namizədliyini irəli sürəndə Mühafizəkarların keçmiş millət vəkili Toby Barrett onu dəstəkləyib. İndi isə Mühafizəkarlar Amy Martini namizəd kimi irəli sürüb.

Xatırladaq ki, 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılan seçki baş nazir Daq Ford tərəfindən erkən seçkiyə çağırış nəticəsində irəli çəkilib.

Seçkiyə qatılan əsas siyasi partiyalar bunlardır: Daq Fordun liderlik etdiyi Mühafizəkar Partiya, Marit Stilesin rəhbərlik etdiyi Ontario Yeni Demokrat Partiyası (NDP), Bonnie Krombinin başçılıq etdiyi Ontario Liberal Partiyası və Mike Şreinerin liderlik etdiyi Ontario Yaşıllar Partiyası.

Seçkinin nəticələri Ontario qanunverici orqanının 124 yerlik tərkibini müəyyən edəcək və hökumət qurmaq üçün 63 yer qazanmaq lazımdır.

Yazı cbc.ca-dən tərcümə edilib

Foto: Giordano Ciampini/THE CANADIAN PRESS

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp