[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontodakı Azərbaycan dili sinfinin şagirdləri Yeni il və Həmrəylik Gününü qeyd ediblər

Hər il olduğu kimi, bu il də C.H. Best məktəbində fəaliyyət göstərən Azərbaycan dili – Azerbaijani Classes in Toronto sinifləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər.

Şagirdlər Həmrəylik Günü münasibətilə hazırladıqları səhnəcikdə dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdlarına birlik və həmrəylik mesajı ünvanlayıblar:

“Harada yaşamağımızdan asılı olmayaraq, hər an ürəyimiz vətənlə döyünür.”

Balacalar Yeni il və Həmrəylik Günü ilə bağlı söylədikləri şeirlər, oxuduqları nəğmələrlə tədbirə xüsusi rəng qatıblar. Dram dərsinin şagirdlərinin iştirakı ilə Şaxta baba və Qar qız da balacalarla görüşə gələrək bayram ab-havasını daha da canlandırıblar.

Tədbirdə çıxış edən Ana dili sinfinin müəllimləri Yeganə Cəfərova, Gülnar Nasir və Dram dərsinin müəllimi Mikayıl müəllim şagirdləri və valideynləri bayram münasibətilə təbrik ediblər. Müəllimlər çıxışlarında övladlarına ana dilimizi aşıladıqları və bu prosesdə onlara daim dəstək olduqları üçün valideynlərə təşəkkürlərini bildiriblər.

Hər bayramda olduğu kimi, bu dəfə də Azerbaijani Women’s Support Centre Ana dili sinfinin hər bir şagirdinə bayram hədiyyələri təqdim edib.

 

 

 

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar