[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Uzun həftəsonunda uşaqlarla gedə biləcəyiniz məkanlar

Pasxa bayramı ilə bağlı 18-21 aprel Kanadada uzun həftəsonu sayılır və uşaqlar bu 4 günü  evdədirlər. Uzun həftəsonunda ailənizlə birlikdə əyləncəli gün keçirə biləcəyiniz məkanları təqdim edirik.

Beaches Pasxa Paradı

Vaxt: 20 aprel, bazar günü, saat 14:00

Məkan: Beaches rayon, Toronto

Qiymət: Pulsuz

Beaches Pasxa Paradı bazar günü keçiriləcək. Parad Munro Parkda Queen Streetdə başlayacaq, daha sonra qərb istiqamətində Queen Street boyunca davam edəcək və Woodbine Avenueda sona çatacaq. Bayram maşınları və ziyarətçilər üçün gəzinti sahələri üçün Queen Street East və Nursewood Road, Woodbine Avenue və Lake Shore Boulevard Eastin bəzi hissələri tamamilə bağlanacaq.

Ətraflı bu linkdən tanış ola bilərsiniz.

Kanada Yaz Heyvan Sərgisi (Spring Canadian Pet Expo)

Vaxt: Cümə, 18 aprel (saat 10:00–18:00), şənbə, 19 aprel (saat 10:00–17:00) və bazar, 20 aprel (saat 10:00–16:00)

Ünvan: International Centre, 6900 Airport Rd., Mississauga

Qiymət: 7–15 yaş və ahıllar üçün $15, 16–64 yaş üçün $20, 0-6 yaş-ödənişsiz

Hansı əyləncələr olacaq?

Cazibədar və əyləncəli proqram: Bacarıqlı ev heyvanlarının çıxışları ilə dolu maraqlı şoular.

Kanadanın ən böyük safqan İt Yetişdiriciləri Kəndi: 50-dən çox it cinsi nümayiş olunacaq.

Tutuquşu şousu, ev quşlarının nümayişi, Xtreme Dogs Akrobatik İt Şousu və bütün ailə üçün bir çox əyləncəli fəaliyyətlər.

İnteraktiv zonalar, məşhur ev heyvanları və Canine Fun Zone da sizi gözləyir.

Pişik Festivalı: CPE Pişik Klubu və TICA Pişik Sərgisini bir araya gətirən xüsusi bir zona, həmçinin seçilmiş pişik məhsulları sərgiləri.

Bu tədbirdə hətta ev heyvanlarınız da iştirak edə bilər! Burada 350-dən çox stenddə Kanada və beynəlxalq heyvan brendləri nümayiş olunacaq, hər bir heyvan sahibi olan ailəyə xüsusi VIP heyvan çantası veriləcək, həmçinin məsuliyyətli heyvan sahibliyini təşviq edən klublar və mütəxəssislər iştirak edəcək.

Ətraflı bu linkdən tanış ola bilərsiniz.

Downey’s Farmda illik Easterfest

Vaxt: 18 aprel – 20 aprel, saat 09:30 – 17:00

Məkan: Downey’s Farm Market, 13682 Heart Lake Rd., Caledon

Qiymət: 2 yaş və yuxarı üçün $19.99, 2 yaşdan kiçik körpələr üçün pulsuz

Hansı əyləncələr olacaq?

Downey’s Farmda keçirilən ənənəvi Easterfest tədbirinə Pasxa yumurtası axtarışı, kukla tamaşası, araba gəzintisi, sehrli şoular, rəngləmə guşələri, balaca fermada heyvanlar və hətta Pasxa dovşanı ilə rəqs partisi daxildir.

Easter HopFest

Vaxt: 18 aprel Cümə günündən 21 aprel Bazar ertəsinə qədər, saat 11:00 – 18:00

Məkan: Assembly Park, 80 Interchange Way, Vaughan

Qiymət: Giriş – $5, limitsiz atraksionlar üçün qolbaq – adambaşına $30

Vaughan şəhərindəki Assembly Parkda Pasxa bayramına həsr olunmuş şənlik keçiriləcək. Tədbirə Pasxa yumurtası axtarışı, ev heyvanlarına toxunma zonası, attraksionlar, ailəvi oyunlar və hədiyyələr daxildir.

Foto: TorontoStar

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar