Uzun illər ərzində xüsusilə hindistanlılar üçün beynəlxalq təhsil üçün əsas məkan sayılan Kanada, son on ildə ən sərt viza qaydalarını tətbiq edib. Bu addım qlobal tələbə mobilliyini dəyişib. Kanada Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Xidməti (IRCC) məlumatına görə, 2025-ci ildə hindistanlı tələbələrin viza müraciətlərinin təxminən 80%-i rədd edilib.
Qeyd edək ki, Kanadadakı beynəlxalq tələbələrin təxminən 40%-ni hindistanlılar təşkil edir.
Kanada hökumətinin məlumatına görə, 2024-cü ildə 188 min hindistanlı tələbə qəbul olunub.
Tələbə qəbulunda əlavə məhdudiyyətlər də tətbiq olunub. Kanada tələbələrdən tələb olunan minimum maliyyə sübutunu iki dəfə artıraraq 20,635 Kanada dollarına çatdırıb, eyni zamanda beynəlxalq tələbələr üçün iş qaydaları sərtləşdirilib. Hökumət 2025-ci ildə 437 min təhsil icazəsi verməyi planlaşdırır ki, bu da 2024-cü illə müqayisədə təxminən 10% azdır.
















