Torontoda avtobusda baş verən bıçaqlanma nəticəsində 34 yaşlı kişi dünyasını dəyişib

Toronto polisinin məlumatına görə, 34 yaşlı Jordan Berry cümə axşamı günü Skarboroda  TTC avtobusunda bıçaqlanaraq öldürülüb.

Hadisə axşam saat 22:00 radələrində Eglinton Avenue East və Falmouth Avenue ərazisində hərəkət edən avtobusda baş verib. Bıçaqlanan şəxs xəstəxanaya çatdırılıb, lakin orada həyatını itirib. Polis əməkdaşları hadisə yerinə çatmazdan əvvəl şübhəli şəxs ərazidən qaçıb.

Polisin bildirdiyinə görə, 40 yaşlı Nikolas Krauford daha sonra könüllü olaraq 41-ci polis bölməsinə gedərək təslim olub. N.Krauford ikinci dərəcəli qətldə ittiham olunub.

TTC-nin baş icraçı direktoru Mandeep Lali yaydığı açıqlamada hadisədən sarsıldığını bildirib və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verib.

Hadisədən sonra sosial şəbəkələrdə fikirlərini paylaşan Toronto sakinləri özlərinin və yaxınlarının təhlükəsizliyi ilə bağlı narahat olduqlarını bildiririblər.

Qeyd edək ki, bu, Torontoda 2026-cı il ərzində qeydə alınan 38-ci qətl hadisəsidir.

Foto: Jacob Estrin/CBC

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar