[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

2026-cı il siyahıyaalınması üçün 32 min iş yeri açılır – Müraciət üçün link

2026-cı il Kanadada əhalinin növbəti siyahıyaalınması (Census) ilidir. Bu o deməkdir ki, ölkə üzrə bütün ev təsərrüfatları dövlət siyasətinin formalaşdırılmasına kömək edən sorğunu doldurmalı olacaq. Bu prosesin həyata keçirilməsi üçün isə 30 mindən çox iş yeri yaradılacaq.

Qeyd edək ki, əhalinin siyahıyaalınması bu ilin mayında keçiriləcək. Yenilənmiş siyahıyaalma nəticələri həm dövlət qurumlarına, həm də bizneslərə kanadalıların kim olduğunu, necə yaşadıqlarını və ölkənin müxtəlif bölgələrində hansı dövlət xidmətlərinə ehtiyac olduğunu daha yaxşı anlamağa imkan verəcək.

Əhalinin siyahıyaalınması nədir?

Kanadada siyahıyaalma hər beş ildən bir keçirilir və federal hökumət adından Kanada Statustika Komitəsi tərəfindən aparılır.

Siyahıyaalmadan toplanan məlumatlar təkcə mövcud əhali vəziyyətini deyil, həm də zamanla baş verən dəyişiklikləri və gələcək tendensiyaları anlamaq üçün vacibdir.

Məsələn, Kanada Statistika Komitəsi qeyd edir ki, bu məlumatlar biznes sahiblərinə müştəri bazasını daha yaxşı tanımağa, hökumətlərə icmalar üçün yeni proqramlar hazırlamağa, bələdiyyə və əyalətlərə nəqliyyat planlamasını və məktəblərin yerləşməsini daha səmərəli qurmağa kömək edir.

Kanadalıların 75 faizi qısa formadan ibarət əsas sorğunu alacaq. Bu sorğuya doğum tarixi və yaş, doğum zamanı cins, gender, ailə üzvləri arasındakı münasibətlər, rəsmi dilləri və digər dilləri bilmə səviyyəsi, eləcə də Kanada ordusunda xidmət təcrübəsi ilə bağlı suallar daxildir.

Qalan 25 faiz isə təsadüfi seçim əsasında uzadılmış sorğunu doldurmalı olacaq. Bu sorğu qısa formadakı bütün sualları əhatə etməklə yanaşı, əlavə olaraq təhsil, məşğulluq və əmək bazarı, yaşayış şəraiti, gəlir, etnik və mədəni mənsubiyyət, hərəkətlilik və gündəlik fəaliyyətlərlə bağlı sualları da özündə birləşdirir.

Kanada Statistika Komitəsində vakansiya

Kanada Statistika Komitəsi açıqlamasında bildirib ki, 2026-cı il siyahıyaalınması üçün mart–iyul ayları arasında ölkə üzrə təxminən 32 min əməkdaş işə götürüləcək. Bu vəzifələrə həm rəhbər, həm də icraçı rollar daxildir.

Bəzi əməkdaşlar ev-ev gəzərək məlumat toplayan siyahıyaalma işçiləri kimi çalışacaq.

Qrup rəhbərləri isə siyahıyaalma işçilərinə nəzarət edəcək və onlara dəstək göstərəcək, həmçinin təyin olunmuş ərazilərdə sorğuların toplanmasına cavabdeh olacaqlar.

Əməkhaqqı:

Siyahıyaalma işçiləri üçün saatına 25.87 dollar

Qrup rəhbərləri üçün saatına 31.32 dollar (üstəlik təsdiqlənmiş xərclər)

Namizədlər yaşadıqları əyalət və ya ərazidə qanuni yetkinlik yaşına çatmalı, Kanadada yaşayış ünvanına malik olmalı və Kanada vətəndaşı, daimi sakin və ya etibarlı iş icazəsi sahibi olmalıdırlar.

Bu linkdən vakansiyalara müraciət edə bilərsiniz: gencus.gc.ca

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar