Kanadada polisə təcili olmayan zəngləri idarə etməkdə süni intellekt səs assistenti – SARA kömək edəcək.
Kanadanın startapı Hyper tərəfindən hazırlanan “Smart Answering Road Assistant” (SARA) hazırda Ontarionun Halton Regionu və Vinnipeq polis xidmətlərində pilot layihə kimi tətbiq olunur.
Məqsəd rutin zəngləri SARA vasitəsilə süzgəcdən keçirmək, vaxta və vergi ödəyicilərinin puluna qənaət etməkdir.
Mütəxəssislər hesab edir ki, bu sistem polis əməkdaşlarını real təcili hallara yönləndirməyə kömək edə bilər. SARA zəng edənlərə bir neçə qısa sual verir və bununla da sorğunun sistem tərəfindən həll edilib edilməyəcəyinə, yaxud canlı operatora yönləndirilməli olduğuna qərar verir. Zəng edənlərə cümlələri bütöv demək və SARA danışan zaman onun sözünü kəsməmək tövsiyə olunur.
Halton Regional Polisi 2025-ci ilin oktyabrından sistemi 24/7 istifadə etməyə başlayıb, ilin əvvəlində isə sınaqlardan keçirib. Vinnipeq Polis Xidməti yayda bir neçə saatlıq pilot istifadəyə başlayıb və daha sonra tam iş rejiminə keçib.
Foto: Freepik
















