[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Böyük Toronto Ərazisindən köçən 35 mindən çox ailənin bir qismi Kalqaridə məskunlaşıb

Ötən il 35,000-dən çox ailə Böyük Toronto Ərazisini (GTA) tərk edib və onların böyük hissəsi yaşamaq üçün Kalqarini seçib. GTA-dan köçənlərin təxminən 3 faizi, yəni təxminən 2,500 ailə, Kalqaridə məskunlaşıb.

“Environics Analytics”in mütəxəssislərinin sözlərinə görə, əlçatanlıq və xüsusilə daha geniş yaşayış sahəsi axtarışı gənc insanlar və böyüyən ailələri GTA-dan daha aşağı həyat xərcləri olan bölgələrə yönləndirən əsas amillərdəndir.

“Environics Analytics” in müştərilər üzrə baş direktoru Rupen Seoni bildirib ki, “şübhəsiz ki, GTA-da bahalı mənzil bazarı buna təsir göstərir. İnsanlar iş və yaşamaq üçün daha əlverişli şəraiti olan yerlərə köçürlər”.

O əlavə edib ki, köç edənlərin bir qismi əvvəlcə GTA-ya immiqrasiya edən, daha sonra isə Kalqari, Edmonton və ya Vankuver kimi şəhərlərə hərəkət edən şəxslərdir.

GTA-dan köçənlərin əsas istiqamətləri belədir:

Simko County, Ontario – 10.4% (3,651 ev təsərrüfatı)

Hamilton, Ontario – 3.2%

Kalqari, Alberta – 3.1%

Vaterlo, Ontario – 2.9%

Böyük Vankuver – 2%

Niaqara Regionu – 1.9%

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar