[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda avtobusun içərisindəki atışma nəticəsində ölən olub

Toronto polisinin yaydığı məlumata görə, bazar günü axşam saatlarında avtobusda baş verən atışma nəticəsində bir kişi həyatını itirib.

Toronto Polis Xidməti sosial şəbəkələrdə bildirib ki, hadisə təxminən saat 19:00 radələrində Yorkdale Road və Villiam R. Allen Road çıxışı yaxınlığında, “GO terminalı”nın yanında hərəkətdə olan avtobusun içərisində baş verib.

“Metrolinx” in media əlaqələri şöbəsinin açıqlamasına görə, avtobusdakı digər sərnişinlər və “GO Bus” əməkdaşları təhlükəsiz şəkildə avtobusdan çıxarılıb.

Qətl və itkin düşmüş şəxslər üzrə bölmənin detektiv-serjantı Ceyson Devis jurnalistlərə bildirib ki, şübhəli şəxs saxlanılıb və odlu silah müsadirə edilib.

Hadisənin araşdırılmasını hazırda Toronto Polis Xidmətinin qətl şöbəsi davam etdirir.

Foto: Arlyn McAdorey/

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar