[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda uşaqlar üçün Azərbaycan milli rəqs dərsləri

Kanadanın Toronto şəhərində yaşayan və övladlarının Azərbaycan milli rəqslərini öyrənməsini arzulayan valideynlər üçün əla fürsət var. Toronto Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili sinfinin müəllimi Yeganə Cəfərovanın rəhbərliyi ilə uşaqlarımız həm ana dilimizi, həm də milli mədəniyyətimizi yaxından tanıyırlar. Qeyd edək ki, Azərbaycan dili sinfi 20 il öncə Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (Azerbaijan Women’s Support Centre) təşəbbüsü ilə yaradılıb.

Dərslər çərçivəsində balacalar yalnız Azərbaycan dilini və milli rəqslərimizi öyrənməklə kifayətlənmir, eyni zamanda Dram dərslərində Azərbaycan nağıllarının səhnələşdirilməsində iştirak edərək yaradıcılıq və səhnə bacarıqlarını inkişaf etdirirlər.

Balacalardan ibarət rəqs kollektivi Toronto və ətraf bölgələrdə keçirilən müxtəlif beynəlxalq uşaq festivallarında Azərbaycan milli rəqsləri ilə çıxış edir. Bu çıxışlar uşaqlara özünə inam, səhnə mədəniyyəti və kütlə qarşısında çıxış etmək bacarığı qazandırır.

Rəqs müəllimi kimdir?

Rəqs dərslərini peşəkar rəqs müəllimi Ramin Şadpur aparır. O, Azərbaycanın xalq artisti Afaq Məlikova və əməkdar artist, tanınmış rəqqas Xanlar Bəşirov kimi ustad sənətkarlardan dərs alıb. Ramin Şadpur eyni zamanda Kanadada fəaliyyət göstərən Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının yaradıcılarından biridir. Ötən il Torontoda anşlaqla nümayiş olunan “O olmasın, bu olsun” operettasındakı rəqslərin quruluşçu rejissorlarındandır.

Rəqs dərsləri harada keçirilir?

Dərslər Toronto şəhərində yerləşən Irving W. Chapley Community Centre-də (ünvan: 205 Wilmington Avenue) keçirilir.

Əlaqə

Daha ətraflı məlumat almaq və rəqs dərslərinə yazılmaq üçün aşağıdakı nömrə ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz:

416 832 2740

 

 

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar