[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontarioda açıq havada keçirilən tədbirlərə alkoqollu içki aparmaq mümkün olacaq

Ontario hökuməti insanların açıq havada keçirilən bəzi tədbirlərə öz alkoqollu içkilərini gətirib istifadə edə bilməsi üçün qaydalarda dəyişiklik etməyi planlaşdırır.

Əyalət hökuməti qeyd edib ki, bu qərar bəzi festivallar və bələdiyyə tədbirlərinə marağı artıraraq yerli turizmi və iqtisadi inkişafı stimullaşdıra bilər. Baş nazir Daq Ford jurnalistlərə açıqlamasında bildirib ki, bu siyasət açıq hava tədbirlərinə daha çox insan cəlb etmək məqsədi daşıyır: “Ümumi məkanlardan, açıq hava mədəni tədbirlərindən danışırıq. İnsanlar orada bir qədəh şərab və ya bir pivə içə bilməlidirlər”.

O əlavə edib ki, bu, ilk dəfə tətbiq edilən bir təcrübə deyil və əvvəllər də bəzi xüsusi hallarda festivallarda və ya parklarda içkiyə icazə verilib.

Dəyişikliklərdən əvvəl yalnız idman tədbirlərində iştirakçılara öz içkilərini gətirməyə icazə verilməsi üçün müraciət etmək mümkün idi. Yeni qaydalarda isə bu imkan incəsənət sərgiləri və məhəllə festivallarına da şamil edilə bilər.

Yeni qaydaların tətbiqi üçün bələdiyyələr ictimai yerlərdə içkiyə icazə verən yerli qaydalar  qəbul etməli və uyğun tədbirlər üçün prosedurlar müəyyənləşdirməlidirlər.

Bu ilin sentyabrından təşkilatçılar icazə üçün müvafiq quruma müraciət edə biləcəklər.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar