[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Koyotun hücum etdiyi 16 yaşlı qız xəstəxanaya aparılıb

Markhamda 16 yaşlı qız koyot (coyote – canavara oxşayır, amma canavardan bir az balacadır) hücumuna məruz qalıb və xəstəxanaya aparılıb. Hadisə səhər saatlarında baş verib.

York Regional Polisinin məlumatına görə, qız yüngül xəsarətlər alıb. Markham şəhərinin nümayəndəsi bildirib ki, şəhərin heyvan xidmətləri komandası polis ilə birlikdə hadisəni araşdırır və əsas diqqət ictimai təhlükəsizliyə yönəlib. Onların sözlərinə görə, növbəti bir neçə gün ərzində əməkdaşlar ərazidə yoxlama aparacaq, həmçinin əlavə xəbərdarlıq lövhələri yerləşdiriləcək.

Hələlik məlum deyil ki, koyot qıza özü yaxınlaşıb, yoxsa hadisədən əvvəl yeniyetmənin heyvanla hər hansı təması olub.

Şəhər rəhbərliyi sakinləri maarifləndirmək üçün sosial media vasitəsilə məlumat paylaşdıqlarını da bildirib. Paylaşımlarda koyotla qarşılaşdıqda necə davranmalı olduqları və hara məlumat verməli olduqları izah olunur.

Markham şəhəri vəhşi heyvanlarla davranışla bağlı sakinlər üçün xüsusi qaydalar hazırlayıb. Koyotla qarşılaşdıqda insanlara yüksək səs çıxarmaq, qışqırmaq, əl çalmaq, ayaqları yerə vurmaq və qolları yelləmək tövsiyə edilir. Həmçinin heyvana yaxınlaşmamaq və koyotların yaşadığı ərazilərdə fit və ya səs çıxaran vasitə gəzdirmək məsləhət görülür.

Ən vacib qaydalardan biri isə vəhşi heyvanları yemləməməkdir. Markhamda vəhşi heyvanları yemləyən şəxslər 615$ cərimə oluna bilər. Qonşu Van şəhərində isə bu cərimə 500$-dır.

Qeyd edək ki, Böyük Toronto Ərazisinin bir çox şəhərlərində koyotlarla bağlı xüsusi təhlükəsizlik strategiyaları tətbiq olunur.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp