[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kitabxana kartıyla Toronto muzeylərinə, ailəvi əyləncə məkanlarına pulsuz bilet əldə edin

Sabah iyun ayı üçün qeydiyyat günüdür

Toronto dünyanın ən maraqlı muzeylərinə, qalereyalarına, mədəniyyət ocaqlarına, konsertlərinə və ailəvi əyləncə məkanlarına ev sahibliyi edir. Lakin bu məkanlara giriş biletləri, xüsusilə, ailəvi getmək istəyənlər üçün ciddi xərc yarada bilər. Məhz buna görə də Toronto İctimai Kitabxanası (Toronto Public Library – TPL) şəhər sakinlərinə incəsənətə,  mədəniyyətə daha asan çıxış imkanı yaratmaq üçün TPL (Museum + Arts Pass) proqramını təqdim edir.

Bu proqram vasitəsilə kitabxana kartı olan şəxslər ailəsi ilə birlikdə ayda bir dəfə Torontonun bir çox məşhur muzey və görməli yerlərinə tamamilə pulsuz giriş əldə edə bilərlər.

 Kimlər TPL-dən istifadə edə bilər?

  • Toronto İctimai Kitabxanasının kartı olanlar (Toronto Library Card);
  • Yetkin şəxslər üçün nəzərdə tutulmuş kitabxana kartına sahib olmalısınız;
  • Kitabxana hesabınız aktiv vəziyyətdə olmalıdır;
  • TPL rezervasiya sisteminə kitabxana kartınızla daxil olmalısınız.

TPL Biletini Necə Rezervasiya Etmək Olar?

Rezervasiya prosesi olduqca sadədir. Lakin biletlərə tələbat çox yüksək olduğundan vaxtında müraciət etmək vacibdir.

  1. Tarixi yadda saxlayın

Yeni biletlər hər ay ayın ilk çərşənbə günü saat 14:00-da (2 PM) sistemə əlavə olunur.

Populyar məkanlar üçün biletlər bəzən bir neçə dəqiqə ərzində tükənir.

  1. TPL rezervasiya sisteminə daxil olaraq:

Kitabxana kartı nömrənizi və şifrənizi (PIN) daxil edin.

  1. Məkanı seçin

Mövcud müəssisələr siyahısından ziyarət etmək istədiyiniz məkanı seçin.

  1. Tarixi müəyyən edin

Boş olan tarixlərdən sizə uyğun günü seçin.

  1. Rezervasiyanı təsdiqləyin
  2. Bileti elektron cihazınıza yükləyin və ya çap edin

Təsdiqdən sonra emailinizə göndərilən bileti telefonunuza yükləyə, yaxud PDF kimi saxlaya bilərsiniz.

  1. Məkanı Ziyarət Edin. Təyin olunmuş tarixdə bileti təqdim edərək giriş əldə edin.

 Rezervasiya Üçün Faydalı Məsləhətlər

Biletlər çox tez tükəndiyi üçün:

  • Saat 14:00-dan bir neçə dəqiqə əvvəl sistemə daxil olun;
  • Kitabxana kartınızı hazır saxlayın;
  • Hansı məkanı seçəcəyinizi əvvəlcədən müəyyənləşdirin;
  • Alternativ seçimlər hazırlayın ki, istədiyiniz məkana bilet əldə edə bilməsəniz, seçiminiz olsun.

Hansı Məkanlara Pulsuz Giriş Mümkündür?

Məkanların siyahısı bəzi aylarda dəyişə bilər. Yəni hər ay aşağıda sadalanan məkanların bir çoxunu siyahıda görməyə bilərsiniz.

  • Aga Khan Museum
  • Art Gallery of Ontario (AGO)
  • Bata Shoe Museum
  • Gardiner Museum
  • Museum of Contemporary Art (MOCA)
  • Royal Ontario Museum (ROM)
  • Textile Museum of Canada
  • Toronto Railway Museum
  • Ripley’s Aquarium of Canada
  • Toronto Zoo
  • Reptilia
  • Ontario Science Centre: KidSpark at Harbourfront Centre
  • The Village at Black Creek
  • Canadian Stage
  • Toronto Symphony Orchestra
  • Royal Conservatory of Music
  • Tafelmusik
  • DanceWorks
  • Cathedral Bluffs Symphony Orchestra
  • Etobicoke Philharmonic Orchestra
  • Mooredale Concerts: Music & Truffles KIDS
  • Hot Docs Cinema
  • Hot Docs Festival
  • Mövsümi Tədbirlər

Əgər hələ də kitabxana kartınız yoxdursa, qeydiyyatdan keçərək bu imkandan yararlana və il ərzində yüzlərlə dollar qənaət edə bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar