[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Azərbaycan dilində yay düşərgəsinə qeydiyyat başlayıb

İyulun 2-də Azərbaycan dili sinfi yay düşərgəsinə başlayacaq. Hamiltonda St. David Katolik Məktəbində baş tutacaq yay düşərgəsi 4-14 yaşlı uşaqları əhatə edir. Hamiltondakı Azərbaycan İcmasının (Azerbaijani Community of Hamilton) verdiyi məlumata görə, Azərbaycan dilində Yay Məktəbi Proqramı uşaqlara həm öyrədici, həm də əyləncəli təcrübə qazandırmağı hədəfləyir.

Proqram çərçivəsində hər gün fərqli mövzular təqdim olunacaq və bu mövzular ətrafında rəngləmə fəaliyyətləri, tapşırıqlar, interaktiv oyunlar və qrup müzakirələri təşkil ediləcək. Hamiltondakı Azərbaycan İcmasının məlumatına görə, yay məktəbi uşaqların həm yaradıcılıq, həm də məntiqi düşünmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş interaktiv fəaliyyətlərlə zəngindir: “Proqramın bir hissəsi olaraq uşaqlar modelləşdirmə ilə məşğul olacaq, gipsdən hazırlanmış fiqurları və fiqurlu taxta lövhələri rəngləyərək öz əl bacarıqlarını inkişaf etdirəcəklər. Bundan əlavə, proqramda açıq havada keçirilən müxtəlif oyunlar da yer alır ki, bu da uşaqların sosial bacarıqlarını gücləndirməyə və gün ərzində yığdıqları enerjini xərcləməyə imkan yaradacaq”.

Yay Məktəbi Proqramının müəllimi pedaqoji təcrübəsi olan Aygün İsmayılovadır. Dərslər 2 iyuldan 31 iyula qədər, həftəiçi 5 gün saat 09:00-dan 11:30-dək keçiriləcək. Proqramda iştirak tamamilə pulsuzdur.

Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Forms.office.com

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar