[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Montrealda keçirilən “Orientalys Festivalı”nda ölkəmiz də təmsil olunub

Kanadanın Montreal şəhərinin mərkəzində yerləşən Vieux-Port ərazisində keçirilən və Şərq ölkələrinin təmsil olunduğu “Orientalys Festivalı”nda ölkəmiz Montréal Kanada Azərbaycan Cəmiyyəti tərəfindən təmsil edilib.

Bu barədə “CanAzerbaijan”a sözügedən cəmiyyətin rəhbəri Rəna Müslümova məlumat verib. O, avqustun 13-16-da keçirilən festival çərçivəsində ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumat verdiklərini və ölkəmizi daha yaxından tanımaq istəyən insanlarla görüşdüklərini bildirib: “Ziyarətçilərin ən çox maraq göstərdiyi mövzular Azərbaycanın coğrafi mövqeyi, qonşu ölkələri, tarixi əraziləri və müasir sərhədləri ilə bağlı idi. Bu mövzular barədə ölkəmizin tarixi ərazilərini və bugünkü sərhədlərini əks etdirən xəritələr vasitəsilə məlumat verdik.Həm paytaxt Bakı, həm də Azərbaycanın digər şəhər və bölgələri haqqında danışaraq ölkəmizin müxtəlif coğrafi və tarixi xüsusiyyətlərini təqdim etdik. Bəzi ziyarətçilər üçün Azərbaycan tanımadıqları bir ölkə olsa da, ölkəmizi ziyarət etmiş və onun gözəlliklərindən valeh olmuş insanlarla görüşmək, onların təəssüratlarını dinləmək bizi çox məmnun etdi”.

R.Müslümova festivalın Azərbaycanın qədim tarixi, zəngin coğrafiyası, şəhərləri və müxtəlif bölgələri ilə dünyaya tanıdılması üçün gözəl bir platforma olduğunu qeyd etdi: “2016-cı ildən etibarən “Orientalys Festivalı”nda Azərbaycanı təmsil edirik. Bu il festivalda yeddinci iştirakımız idi. Azərbaycanı tanıtmaq və ölkəmizin tarixini, coğrafiyasını və zəngin irsini dünyaya çatdırmaq bizim üçün böyük qürurdur”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar