[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Tramp rəqəmsal xidmət vergisinə görə Kanada ilə ticarət danışıqlarını dayandırdığını bildirib

tramp karni

Prezident Donald Tramp bəyan edib ki, Kanada ilə ticarət danışıqlarını dayandırıb və bu ölkəyə yeni tarif dərəcəsi tətbiq edəcəyini yaxın vaxtda açıqlayacaq. O, bu barədə dünən Truth Social platformasında paylaşım edib.

Tramp bildirib ki, bir neçə aydır davam edən danışıqların dayandırılmasına səbəb Kanadanın Amerika şirkətələrinə yeni rəqəmsal xidmət vergisi (DST) tətbiq etməsi olub. O, bu addımı “ölkəmizə qarşı açıq və kobud hücum” adlandırıb: “Bu qəbuledilməz vergi əsasında, Kanada ilə aparılan bütün ticarət danışıqlarını dərhal dayandırırıq. Kanadaya qarşı tətbiq olunacaq tarifləri 7 gün ərzində açıqlayacağıq,” – deyə Tramp qeyd edib.

Tramp digər ölkələrlə danışıqlarda da rəqəmsal xidmət vergilərinə qarşı kəskin mövqe sərgiləyib və onları tez-tez “tarif olmayan ticarət maneələri” adlandırıb. Kanada bu bazar ertəsindən qüvvəyə minəcək və 2022-ci ildən etibarən geriyə tətbiq olunacaq rəqəmsal xidmət vergisini elan edib.

DST-lər ölkələrə onlayn xidmətlərə vergi tətbiq etməyə imkan verir. Bu, fiziki məhsullara vergi tətbiqindən fərqli yanaşmadır. Bu vergilər əsasən Meta, Apple, Google, Amazon və Microsoft kimi Amerikanın texnologiya nəhənglərinə təsir edir.

Baş nazir Mark Karni cümə günü bildirib ki, ABŞ-la danışıqları davam etdirmək istəyir: “Bu çətin danışıqları kanadalıların maraqları naminə davam etdirəcəyik”, – deyə Karni jurnalistlərə bildirib.

ABŞ Xəzinədarlıq Katibi Scott Bessent isə CNBC-yə Kanadanın vergi tətbiq edəcəyini əvvəlcədən bildiklərini deyib: “Ümid edirdik ki, etməyəcəklər. Bu, Trudo hökumətindən qalma qərardır. Ümid edirdik ki, Karni administrasiyası xoş niyyət göstərib danışıqlar zamanı bu addımı təxirə salacaq. Görünür, salmayıblar”.

Əgər Kanada DST-ni davam etdirərsə, Bessent bildirib ki, Trump bütün Kanada mallarına qarşı yüksək tariflər tətbiq etməyə hazırdır, lakin konkret faiz səviyyəsini açıqlamayıb.

Kanada, ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. Ötən il Kanada 349 milyard dollarlıq Amerika məhsulu alıb. Eyni zamanda, ABŞ-a 413 milyard dollarlıq məhsul ixrac edib.

ABŞ-ın Kanadaya yüksək tariflər tətbiq etməsi Ottavanın da cavab tarifləri tətbiq etməsinə səbəb ola bilər. Bunun isə hər ki ölkənin iqtisadiyyatına zərər verə biləcəyi danılmazdır.

Karni hökuməti CNN-ə bildirib ki, Kanada hökuməti cavab tədbirini nəzərdən keçirir.

Müxalif Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre isə sosial şəbəkədə ümid etdiyini bildirib ki, danışıqlar tezliklə bərpa olunacaq.

CNN-ə danışan bir çox Kanada iş adamları və təşkilatlar hökumətə müraciət edərək DST-nin tətbiqindən imtina etməyi istəyiblər, çünki bu, ABŞ-la ticarət münasibətlərini gərginləşdirə bilər.

Kanada Biznes Şurasının prezidenti Goldy Hyder bildirib: “Biz uzun illərdir xəbərdarlıq edirdik ki, birtərəfli DST Kanada ilə ABŞ arasındakı ticarət əlaqələrinə zərər verə bilər. Təəssüf ki, bu, artıq baş verir”.

O, təklif edib ki, Kanada ABŞ-dan tariflərin ləğvi qarşılığında DST-ni ləğv etmək təklifi irəli sürsün. Kanada Ticarət Palatası da oxşar mövqe sərgiləyib. Palatanın prezidenti Kandac  Layng deyib: “Bizim DST ilə bağlı mövqeyimiz dəyişməzdir: bu addım öz-özünə zərər vermək deməkdir. Hazırda Kanada-ABŞ münasibətləri üçün həlledici dövrdür”.

Foto: Francis Chung/Politico

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp