Yayın maraqlı aktivitələrindən biri tarladan müxtəlif məhsulları öz əllərinlə dərməkdir. Artıq 2 həftədir çiyələk mövsümü başlayıb. Çiyələk yığa biləcəyiniz fermalarından biri də Robintide Fermasıdır. Ferma Ontarionun Maple bölgəsində, 2720 King-Vaughan Road ünvanında yerləşən ailəvi təsərrüfatdır. Burada yalnız çiyələk deyil, müxtəlif tərəvəzlər də yığa bilərsiniz.
İş saatları:
Çərşənbə axşamı – Cümə: 09:00 – 18:00
Şənbə, Bazar və Bayram günləri: 08:00 – 17:00
Bazar ertəsi: Bağlıdır
Yığım Qaydası və Qiymətləndirmə
Robintide Fermasında yığdığınız çiyələklərə səbətin həcminə görə ödəniş edirsiniz.
Ferma tərəfindən təqdim olunan təkrar istifadə edilə bilən səbətlərdən birini seçə bilərsiniz:
2L, 4L və ya 6L
Yaxud öz təmiz səbətinizi gətirə bilərsiniz, amma səbət üzərində dəqiq ölçü (litrlə və ya kvartla) qeyd olunmalıdır.⚠️ Ölçüsü aydın şəkildə göstərilməyən səbətlərlə yığım mümkün deyil.
Əvvəlcədən səbətinizi seçərək ödəniş edib tarlaya daxil olursunuz. Ödəniş etmədən istədiyiniz qədər çiyələk yeyə, əvvəlcədən ödəniş etdiyiniz səbətinizi isə doldurub evə götürə bilərsiniz.
Qiymətlər
Robintide Farm səbətləri ilə birlikdə:
2L səbət – $14.00
4L səbət – $28.00
6L səbət – $42.00
Öz səbətinizlə (dəqiq ölçülü):
1 litr üçün – $6.75
Hazır Çiyələk Almaq İstəyənlər üçünI:
Əgər yığım etmək istəmirsinizsə, hazır çiyələklər də ala bilərsiniz:
1 kvart – $7.75
3L səbət – $22.00

















