[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Toronto sakini “yanğın həyəcanı” zənginə görə 1600 dollarlıq cərimə alıb  

Mayk Vuestefeld: “Bunu həqiqətən ödəyə bilmərəm”

Toronto Yanğın Xidməti hər gün minlərlə əsassız “yanğın həyəcanı” zənginə cavab verir. Amma yanğınsöndürən maşınların və heyətin hadisə yerinə göndərilməsi baha başa gəldiyindən, hadisə yerində real yanğın olmadıqda, sakinlərdən bu zənglərə görə ödəniş tələb edilə bilər.

Toronto sakini Mayk Vuestefeld deyir ki, yaşadığı biunada yemək bişirərkən tüstü yaranıb və bu səbəbdən yanğın siqnalının işə düşdüyü deyilir. Nəticədə o, 1680 dollarlıq cərimə alıb: “Əgər siqnal çalsaydı, mütləq eşidərdim”, – M.Vuestefeld “CTV News”a bildirib.

Ona fevral ayında bildirilib ki, mənzilinin qarşısındakı siqnal yemək bişirməsi və tüstünün dəhlizə yayılması səbəbindən aktivləşib. Amma M.Vuestefeld həmin hadisəni xatırlamadığını və ümumiyyətlə, nadir hallarda sobadan istifadə etdiyini deyir: “Mən siqnalı işə salmadığımı bilirəm. O səslənsəydi, mənzildə eşidərdim”.

M.Vuestefeldin sözlərinə görə, onun ev sahibi Toronto Yanğın Xidməti tərəfindən “əsassız siqnal” səbəbilə 1680 dollar cərimə alıb və bu məbləği M.Vuestefeldin ödəməli olduğunu  bildirib.

Toronto Yanğın Xidmətinin məlumatına görə, yalan siqnallar heyəti və texnikanı real çağırışlardan yayındırır. Qurumun nümayəndəsi deyir ki, Toronto şəhərində  yanğın siqnalı sistemlərinin düzgün işləməsi üçün mülkiyyət sahiblərini məsuliyyətə cəlb etmək məqsədilə saxta yanğın siqnallarına görə cərimə tətbiq edilib: “Məqsəd həm ictimaiyyətin, həm də yanğınsöndürənlərin təhlükəsizliyini artırmaq, həmçinin şəhərin resurslarını daha səmərəli və qənaətli şəkildə istifadə etməkdir ki, real fövqəladə hallarda bu resurslar əlçatan olsun… Sakinlər üçün bu prosesin narahatedici ola biləcəyini anlayır və qəbul edirik”.

CTV News həmçinin M.Vuestefeldin yaşadığı binanın idarəedicisi ilə də əlaqə saxlayıb. Mənzil idarəçisi Essam Abrahim bildirib ki, həqiqətən də Vuestefeldin mənzilindən tüstü gəlib və yanğınsöndürənlər məhz buna görə çağırılıb: “Çox aydın şəkildə görünürdü ki, tüstü bu mənzildən gəlir və yanğınsöndürənlər məhz bu ünvana gəlmişdi”.

M.Vuestefeld bu cərimənin yenidən araşdırılmasını istəyir, çünki bunun onun məsuliyyəti olmadığını düşünür: “Bunu ödəyə bilmərəm. Həqiqətən də ödəyə bilmərəm”.

Şəhər rəhbərliyinin məlumatına görə, əgər siqnal “şiddətli” hava şəraiti, təsadüfi zədələnmə və ya karbonmonoksid ehtimalı ilə bağlıdırsa, bu zaman o, saxta siqnal sayılmır.

Toronto Yanğın Xidməti bildirir ki, cərimə sistemi tətbiq edildikdən sonra saxta zənglərin sayı xeyli azalıb.

Foto: CTV News Toronto

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp