İyulda 1,8 milyon amerikalı avtomobillə Kanadaya daxil olub. Bu da eyni dövrdə 1,7 milyon kanadalının ABŞ-a səfər sayını üstələyib. Bu, son 7 il ərzində yay mövsümünün pik ayında ilk dəfədir baş verir. Kanada Statistika Komitəsinin məlumatına görə, kanadalıların ABŞ-a səfərləri ötən illə müqayisədə 36,9% azalıb və artıq yeddi aydır ardıcıl olaraq geriləyir. Bu dəyişiklik ABŞ prezidenti Donald Tramp dövründə sərtləşdirilmiş sərhəd siyasəti fonunda baş verir. Kanadaya hava yolu ilə gəlişlər isə 3% artıb.
Foto: The Canadian Press/Graham Hughes
















