[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Alim Qasımov və Saşar Zarif Torontoda konsert proqramı ilə çıxış edib

alim qasimov

“Məhəbbət” adlı konsertə mindən çox tamaşaçı qatılıb  

Azərbaycan muğamının əfsanəvi səsi Alim Qasımov əslən Cənubi Azərbaycandan olan kanadalı xoreoqraf və rəqs novatoru Saşar Zariflə birlikdə Kanadanın Toronto şəhərində konsert proqramı ilə çıxış edib.

“The Creative School Churusalis” mərkəzində təşkil edilən konsertdə Kanadada yaşayan Cənubi və Şimali Azərbaycan icmasının üzvləri ilə yanaşı, kanadalılar, pakistanlılar və hindistanlılar da iştirak ediblər. “Məhəbbət” adlı konsertə ümumilikdə mindən çox tamaşaçı qatılıb.

A.Qasımovun ruhu titrədən canlı vokal improvizasiyaları ilə S.Zarifin sufizmdən qidalanan bədən hərəkətləri birləşərək muğamla səmanın, musiqi ilə rəqsin birləşməsini yaradıb.

Konsert sadəcə duet deyil, səs və bədən, ənənə və müasirlik arasında dialoq rolunu oynayıb.

İfaçıları səhnədə xanəndənin dörd nəfərdən ibarət Muğam Ansamblı müşayiət edib.

Qeyd edək ki, bu, Alim Qasımovun 18 ildən sonra yenidən Kanadadakı musiqisevərlərlə görüşüdür. Konserti Small World Music təşkil edib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp