[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Montrealdakı icmamız kanadalıları milli geyimlərimiz və mətbəximizlə tanış edib

Müxtəlif icma üzvlərinin qatıldığı tədbirdə milli rəqslərimiz də nümayiş edilib

Montreal Kanada Azərbaycan Cəmiyyəti (Société Azerbaïdjanaise du Canada à Montréal), ötən ay Kanadanın Montreal şəhərində keçirilən “Fete de Bienvenue aux nouveaux voisins”  adlı tədbirdə iştirak edib. Bienvenue NDG adlı təşkilatın layihəsi olan bu tədbir Montrealın Benny parkında keçirilib.  Cəmiyyətin rəhbəri Rəna Müslümovanın sözlərinə görə, ondan çox icmanın iştirak etdiyi tədbirdə artıq üçüncü dəfədir qatılırlar: “Hər bir ölkə öz mətbəxini, mədəniyyətini, musiqi və rəqslərini təqdim edirdi. Bu il Azərbaycanı milli mətbəximizin şirniyyatları ilə yanaşı, ən ləziz yeməyi olan yarpaq dolması ilə təmsil etdik. Milli mətbəximizi dadan hər kəs heyranlığını dilə gətirdi. Ziyarətçilər arasında Notre-Dame-de-Grace rayon bələdiyyəsinin məsul nümayəndələri, təşkilat rəhbərləri və digər məsul şəxslər də var idi. Milli mətbəximiz ilə yanaşı, Azərbaycanın tarixi, coğrafiyası haqqında cəmiyətimizin gənc və fəal üzüvləri Fərid Kohnavard, Nilifər Kohnavard, Gülşən Xəlilova ziyarətçiləri ingilis və fransiz dilində məlumatlandırıblar”.

R.Müslümova bildirib ki, tədbir zamanı milli geyimlərin dəfiləsi də keçirilib: “Dəfilədə ölkəmizin milli geyimlərini Şahanə, Müşfiqə və Şamxal Abdullazadələr təqdim edib. Daha sonra milli rəqslərmiz nümayiş olunub. Digər festival və tədbirlərdə olduğu kimi, bu dəfə də Montreal Kanada Azərbaycan Cəmiyyəti olaraq növbəti uğurlu təqdimatımızla Azərbaycanı qürurla təmsil etdik”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp