Kanadanın müdafiə naziri Devid MakGinti Ukraynaya dəstək məqsədilə 500 milyon dollarlıq yardım paketi göndərəcəklərini elan edib.
Jurnalistin bu yardımın necə fərq yaradacağı ilə bağlı sualına cavab verən MakGinti bildirib ki, vəsait məqsədyönlü və səmərəli şəkildə istifadə olunacaq, çünki “ukraynalılar onlara lazım olan materialların siyahısını təqdim ediblər”.
O, həmçinin qeyd edib ki, Kanada Ukraynanın suverenliyini müdafiə etməsinə və Rusiya təcavüzünə qarşı dayanmasına sadiq qalır.
Foto: The Canadian Press/Adrian Wyld
















