[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

ABŞ və Cənubi Koreya vətəndaşı Kanadadan 6 dəfə deportasiya olunub  

9 ay azadlıqdan məhrum edilən Junseo Hagh Cənubi Koreyaya qayıtmaq istəyir

ABŞ və Cənubi Koreya ikili vətəndaşlığı olan 21 yaşlı Junseo Hagh 6 dəfə Kanadada deportasiya əmrinə tabe olmadığına, ölkəyə qanunsuz daxil olduğuna görə 9 ay azadlıqdan məhrum eilib. Lakin o, artıq 6 ay istintaq təcridxanasında saxlandığı üçün bu müddətə görə güzəşt tətbiq olunub.

J.Hagh ilk dəfə Kanadaya 2016-cı ilin fevralında tələbə vizası ilə gəlib. Onun immiqrasiya statusu isə 2021-ci ilin fevralında qüvvədən düşüb. 2022-ci ilin dekabrından etibarən isə o, 6 dəfə deportasiya əmrinə tabe olmayıb.  Sonuncu hadisə 8 yanvar 2025-ci ildə baş verib. J. Hagh Kanadadan çıxarılaraq Los-Anceles Beynəlxalq Hava Limanına göndərilib. Lakin təyyarə endikdən 24 saat keçməmiş ABŞ sərhəd xidmətinin əməkdaşları onu Kanadaya yaxın sərhəd ərazisində görüblər. Onu sərhəddən uzaqlaşmaq barədə xəbərdar etsələr də, həmin axşam onun Kanadaya qeyri-qanuni şəkildə keçdiyi müşahidə edilib.

9 yanvar tarixində isə J.Hagh, Britaniya Kolumbiyasının Burnabi şəhərində yerləşən Lougheed Toun Centre ticarət mərkəzində bir polis əməkdaşı tərəfindən saxlanılıb. Həbs zamanı onun üzərində 9 mm-lik 5 güllə və Bellingham şəhərində yerləşən lombarddan alınmış iki fərqli növdə güllə üçün verilmiş qəbz aşkarlanıb.

J.Haghın vəkili Roy Kim bildirib ki, onun Tourette sindromu və stress pozuntusu var, bu da onun “dayanmadan tüpürməsinə” səbəb olur. Həmçinin o, mikro-qıcolmalardan əziyyət çəkir. Vəkil qeyd edib ki, J.Hagh yalnız maye qəbul edə bilir, bərk qida yeyə bilmir, bu da onun həbsdə olduğu müddəti xüsusilə çətinləşdirib.

R.Kim deyib ki, J.Hagh artıq Kanadaya qeyri-qanuni şəkildə daxil olmaq və yaşamağın mümkün olmadığını anlayıb və təcridxanadakı vaxtı ona ciddi dərs olub. Vəkil əlavə edib ki, CBSA onu Cənubi Koreyaya deportasiya edəcək və J.Hagh buna hazırdır: “O, Cənubi Koreyada yeni həyata başlamağa hazırdır”.

Valideynləri Los-Ancelesdə yaşasa da və ona maddi dəstək verəcək olsalar da, R.Kim deyib ki, Hagh onların yanında yaşamaq istəmir: “O, onlarla və ya onların yaxınlığında, hətta eyni ölkədə yaşamaq istəmir, çünki valideynlərinin onu daim nəzarətdə saxlayacağından qorxur”.

Əgər ABŞ-a deportasiya olunsa, dərhal Cənubi Koreyaya köçmək üçün sənədləşmə işlərinə başlayacağını da əlavə edib.

Məhkəmə hakimi Ceyms Sazerlənd birgə təqdim olunan cəza təklifini təsdiqləyib. O bildirib ki, Haghın günahını etiraf etməsi və sağlamlıq vəziyyəti yüngülləşdirici amil kimi nəzərə alınıb. Lakin dəfələrlə deportasiya əmrinə tabe olmaması isə ağırlaşdırıcı haldır.

Hakim əlavə edib ki, Hagh ötən il eyni cinayətlərə görə iki dəfə məhkum olunub və həbs cəzası çəkib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp