Gələn aydan etibarən təxminən 2 milyon albertalı əyalətin yeni tətbiq etdiyi şəxsi gəlir vergisi sisteminin təsirini maaşlarında hiss etməyə başlayacaqlar. Bu dəyişiklik, gəlirin ilk 60,000 dollarına tətbiq ediləcək səkkiz faizlik yeni vergi dərəcəsinin tətbiqi və daha yüksək vergi dərəcələri üçün gəlir hədlərinin yerdəyişməsi ilə əlaqədardır.
Hökumətin hesablamalarına görə, bu dəyişiklik 2025-ci ildə hər bir şəxs üçün illik 750 dollara qədər əlavə qənaət deməkdir. Bundan əlavə, dəyişiklik 1 yanvar 2025-ci il tarixindən qüvvəyə mindiyi üçün vətəndaşlar gələn il hökumətdən daha yüksək vergi ödəməsi geri ala biləcəklər. Maliyyə naziri Neit Horner deyib ki, bu, sadəcə vergi endirimi deyil: “Bu addım, artan yaşam xərcləri ilə mübarizə aparan Alberta ailələrinin yanında olduğumuzu və onların gələcəklə bağlı planlarını dəstəklədiyimizi göstərir”.
Hökumət həmçinin bildirir ki, illik gəliri 60,000 dollardan aşağı olan vergi ödəyicilərinin şəxsi gəlir vergisi ödənişləri təxminən 20 faiz azalacaq. Baş nazir Daniell Smiz 2023-cü il seçki kampaniyası zamanı vergi endirimləri edəcəyini vəd vermişdi. Yeni vergi dərəcələri bu vədin həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir.
Vergi Faizi | 2024-cü il vergi dərəcəsi | 2025-ci il vergi dərəcəsi |
8% | Tətbiq edilməyib | İllik gəliri 60.000 $-a qədər olanlar |
10% | İllik gəliri 148.269$-a qədər olanlar | İllik gəliri 60.000.01$ – 151.234$ aralığında olanlar |
12% | İllik gəliri 148.269.01$ – 177.922$ aralığında olanlar | İllik gəliri 151.234.01$ – 181.481$ aralığında olanlar |
13% | İllik gəliri 177.922.01$ – 237.230$ aralığında olanlar | İllik gəliri 181.481.01$ – 241.974$ aralığında olanlar |
14% | İllik gəliri 237.230.01$ – 355.845$ aralığında olanlar | İllik gəliri 241.974.01$ – 362.961$ aralığında olanlar |
15% | İllik gəliri 355.845.01$ və daha yüksək olanlar | İllik gəliri 362.961.01$ və daha yüksək olanlar |