[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Albertadakı icmamız 330 min kanadalının iştirak etdiyi paradda Azərbaycanı təmsil edib

Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti (AAMC) bu il Azərbaycan adından ilklərə imza atıb. Eyni gündə Alberta əyalətində keçirilən 3 paradda iştirak edən həmyerlilərimiz milyonların qarşısında Azərbaycanı təmsil edib. Bu barədə CanAzerbaijan.com-a  AAMC-nin rəhbərlərindən biri, paradda iştirakımızı təşkil edən əsas təşkilatçı İradə Şamilova məlumat verib. Onun sözlərinə görə, yalnız Kalqari Stampede Paradında 300 mindən çox tamaşaçı olub, 5 milyon nəfər isə paradı ekranlardan canlı izləyib.

İ.Şamilova iyulun 1-i Kanada günündə Heritage Park Kanada Günü Paradı (ilk dəfə), Banff Kanada Günü Paradı (ilk dəfə) və Kalgari  Stampede (2-ci dəfə) paradlarında Azərbaycanı təmsil etdiklərini bildirdi: “Yüz minlərlə tamaşaçının qarşısında canlı olaraq milli rəqslərimizi təqdim etmək, Azərbaycanın rəmzi olan Qız Qalasının, alov qüllələrinin maketi ilə, Azərbaycan bayrağı, bayrağın üzərində Qarabağ atları ilə bəzədilmiş maşınla keçməyk, Vətənimizi, mədəniyyətimizin zənginliyini kanadalılara və Kanadada yaşayan müxtəlif millətlərin nümayəndələrinə təqdim etmək qürurverici idi. Yüz minlərin qarşısından keçərkən yaşadığımız hissləri sözlə çatdırmaq mümkün deyil. Özümüzü Hollivudun qırmızı xalçasının üzərindən keçirmiş kimi hiss edirdik, hər tərəfdən tamaşaçılar şəkillərimizi, videolarımızı çəkirdilər”.

Qeyd edək ki, Kalqari Stampede Paradı 1912-ci ildən keçirilir. Hər il parad 10 gün davam edir. Şimali Amerikada ikinci ən böyük parad olan bu tədbiri izləmək üçün Kalqari polisi təxmin edir ki, şəhərin mərkəzinə 330 min tamaşaçı axışır. Bu il keçirilən paradda 100-dən çox müxtəlif bizneslər, siyasətçilər, etnik qruplar keçib. Eyni zamanda, parada daxil olan 35 bəzədilmiş platformadan (float) biri Azərbaycana məxsus olub.

İ.Şamilova 10 ildir sözügedən paradda iştirak etmək istədiklərini, ancaq platforma hazırlamadıqlarından paradın təşkilatçıları tərəfindən qəbul olunmadıqlarını bildirdi: “Bütün gücümüzü toplayaraq ilkə imza ata bildik. Platformanı düzəltmək üçün bizdən 25-30 min dollar pul istəyirdilər. Amma biz özümüz bunu düzəltməyə qərar verdik. Bunun üçün platformanın necə hazırlandığını öyrənməliydik. Albertadakı İsmaili müsəlmanları cəmiyyyəti və Amerikadakı həmyerlimiz Ercan bəy bizə platformanın hazırlanmasıyla bağlı məsləhətlər verdi. Həmin həmyerlimiz biz Qarabağ savaşında qalib gələndə üzərində “Qarabağ Azərbaycandır” yazılmış platformanı hazırlatdırıb Nytu-York küçələrində təqdim etmişdi”.

Beləliklə, çətinliklə də olsa, bu işin öhdəsindən gəliblər: “Dizaynından tutmuş maketlərin hazırlanmasına qədər hər şey öz əl işlərimizdir. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Alberta hökumətindən aldığımız qrantlar hesabına materialları aldıq, maketi saxlamaq üçün yer kirayə götürdük. Maketin hazırlanmasında əsas iş Alex Gubskinin üzərinə düşdü, bütün konstruksiyanı o, hazırladı. Onun print businessinin köməyi olmasaydi, bunları çox çətinliklər araya-ərsəyə gətirərdik. Əsas isə icmamızın üzvləri maketlərimizin hazır olması üçün əllərindən gələn köməyi etdilər, şəxsən gəlib palatformanın hazırlanmasında iştirak etdilər. İcmamızın fəal üzvü, anestezioloq Leyla Bağırzadə isə Kanada Günündə çətin də olsa, həmyerlilərimizin paradda iştirakını təşkil etdi. Azeri Calgary Stars rəqs qrupunun üzvləri milli rəqslərimizin ifası ilə paraddan keçidimizi daha da gözəlləşdirdilər. Biz icma olaraq çox qısa zaman kəsiyində zəhmətlə, çox işləməklə, bir olmaqla mümkünsüzün mümkün olduğunu sübut etdik”.

 

 

 

 

 

 

 

 

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar