[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Avtomobil arxa oturacaqda yatan azyaşlı ilə birlikdə oğurlandı

Dünən Ontario əyalətinin Guelph (Qelf) şəhərində, Villou Road və Vestvood Road yaxınlığındakı ticarət mərkəzində içərisində 4 yaşlı uşaq olan SUV avtomobili oğurlanıb.

Ontario polisi bildirib ki, arxa oturacaqda yuxuda olan uşaqla birlikdə oğurlanan avtomobil qısa müddət sonra tapılıb və uşaq salamat vəziyyətdə xilas edilib.

Uşağın anası saat 16:20 radələrində avtomobilinin yerində olmadığını görərək 911 xidmətinə zəng edib. O bildirib ki, 4 yaşlı övladı avtomobilin arxa oturacağında yatırmış.

Polisin yaydığı məlumata görə, oğurlanmış mallarla mağazadan çıxan bir kişi işçilər tərəfindən saxlanılmağa çalışılıb. Həmin şəxs işçilərə qarşı nalayiq hərəkət etdikdən sonra SUV-yə minərək hadisə yerindən uzaqlaşıb.

Avtomobil oğurlandıqdan cəmi 16 dəqiqə sonra yaxınlıqdakı küçələrdən birində aşkarlanıb. Polis bildirib ki, uşaq hələ də avtomobildə yatırdı.

Daha sonra polis şübhəlini saxlayaraq həbs edib. Guelph şəhərindən olan 29 yaşlı şəxs aşağıdakı ittihamlarla üzləşib: motorlu nəqliyyat vasitəsini oğurlamaq, 5 min dollardan az dəyərdə oğurluq etmək, əxlaqsız hərəkət törətmək.

Polisdən valideynlərə xəbərdarlıq

Polis, xüsusilə isti hava şəraitində uşaqların avtomobildə nəzarətsiz buraxılmasının təhlükəli olduğunu bir daha xatırladıb: “Heç vaxt, hətta qısa müddətə belə, uşaqları və ya ev heyvanlarını avtomobildə tək qoymayın. İsti günlərdə avtomobilin içində temperatur çox sürətlə yüksəlir və bu, istilik vurması, ağır sağlamlıq problemləri, hətta ölümlə nəticələnə bilər”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar