[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Azərbaycanlı gənclərlə yay görüşü: musiqi, yemək və əyləncə!

Görüş: Gənclər üçün Yay Potlakı

Giriş: Ödənişsiz (Potlak – hərə evdən sevdiyi yeməyi gətirir)

Tarix: 27 İyul (Bazar günü)

Zaman: 12:00

Məkan: Boyd Park

Ünvan: 8739 Islington Ave, Vaughan

Şəhər/Əyalət: Toronto, Ontario

 Tədbirdə sizi nə gözləyir?

Əyləncəli oyunlar, musiqi, rəqs, ləzzətli təamlar, əlaqələrinizi genişləndirmək, dostluq ruhu ilə dolu bir gün!

Tədbir haqqında:

Azərbaycan və digər ölkələrdən olan gənclər iyulun 27-də bərabər zaman keçirmək üçün bir yerə toplaşacaqlar. Tədbir Kanadadakı Azərbaycanlı Gənclər Şəbəkəsi, Azərbaycanlı Kanadalılar Şəbəkəsi və Toronto Universitetinin Skarbora (Scarborough) filialında fəaliyyət göstərən Qafqaz və Şərqi Avropa Mədəniyyəti Klubunun təşkilatçılığı ilə düzənlənəcək.

Kanadadakı Azərbaycanlı Gənclər Şəbəkəsinin məlumatına görə, tədbir bütün mədəniyyətlərdən olan gənclər üçün açıq və ödənişsizdir: “Sadəcə, özünüzlə evdə hazırlanmış sevdiyiniz yeməyi gətirməyiniz yetərlidir. Tədbirdə sizi ləzzətli təamlar, maraqlı oyunlar, gözəl musiqi və dostluq ruhu ilə dolu bir gün gözləyir. Bu, əlaqələrinizi genişləndirmək, müxtəlifliyi qeyd etmək və maraqlı gün keçirmək üçün əla fürsətdir”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp