Edmonton Azərbaycan Mədəniyyət Cəmiyyəti dünyada multikulturalizmi qeyd edən ən böyük üçgünlük festivalda – Edmonton Mədəni İrs Festivalında mədəniyyətimizi təmsil edib. Cəmiyyətdən “CanAzerbaijan”a verilən məlumata görə, Edmonton Azərbaycan Mədəniyyət Cəmiyyəti artıq 12-ci ildir ki, Azərbaycanın zəngin mədəniyyətini, musiqisini, rəqslərini və milli mətbəxini festival iştirakçılarına qürurla təqdim edir: “Hər il bu uğurun əldə olunmasında böyük əməyi olan bütün könüllülərimizə və çıxış edən ifaçılarımıza dərin təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, Azərbaycan Pavilyonu 60-a yaxın mədəniyyəti təqdim edən pavilyonlar arasında Yemək və Əyləncə Proqramı nominasiyalarında 1-ci yerə layiq görülüb.