[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Azərbaycan Qadınlarına Dəstək Mərkəzi hökumətin büdcə ilə bağlı keçirdiyi məsləhətləşmələrə qatılıb

Nazilə İsgəndərova: “2026-cı il Ontario büdcəsi formalaşarkən hökumətin qadınlara və uşaqlara qayğı məsələlərinə daha çox dəstək göstərəcəyinə ümid edirik”

Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (Azerbaijani Women’s Support Centre) rəhbəri Nazilə İsgəndərova yanvarın 28-də Skarboroda maliyyə nazirinin parlament köməkçisi, əyalət parlamentinin üzvü (MPP) Mişel Kuperin ev sahibliyi etdiyi “Ontario Büdcəsi – 2026” məsləhətləşmələrində iştirak edib. Əyalət parlamentinin digər üzvləri Laura Smit, Stiven Lekki və Maykl Tibollo da tədbirə qatılıblar.

N.İsgəndərovanın sözlərinə görə, təqdimata 29 yanvar 2017-ci ildə baş vermiş və altı nəfərin həyatını itirdiyi, bir çox insanın isə yaralandığı Kvebek Şəhəri Məscidinə hücumun Milli Anım Günü və İslamofobiyaya Qarşı Mübarizə Gününü yad etməklə başlayıb: “Daha sonra “Ontarioda Qadınların İqtisadi Prioritetləri” ilə bağlı sorğumuzun nəticələrini paylaşdıq. Yerli təşkilatlar, icma liderləri və biznes nümayəndələri ilə yanaşı, Azərbaycan Qadınlarına Dəstək Mərkəzi olaraq bizə də bu mühüm məsləhətləşmə prosesinə töhfə vermək fürsəti yaratdıqlarına görə tədbir təşkilatçılarına təşəkkürümüzü bildirdik. 2026-cı il Ontario büdcəsi formalaşarkən hökumətin qadınlara və uşaqlara qayğı məsələlərinə daha çox dəstək göstərəcəyinə ümid etdiyimizi vurğuladıq”

N.İsgəndərovanın sözlərinə görə, “Ontarioda Qadınların İqtisadi Prioritetləri” mövzusunda hazırladıqları sorğuda icmamızın Böyük Toronto Ərazisində (GTA) yaşayan 134 xanım üzvü iştirak edib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp