[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Azərbaycanlı xanımlar Torontoda “Ojakh” biznesini qurdu

kanada azerbaycanlilari

Kanadanın Toronto şəhərində yaşayan dörd azərbaycanlı xanım – Dinara Mahmudova, Lalə Hamzayeva, Bahar Məmmədova və Vəfa Məmmədova bir araya gələrək yeni biznes layihəsinə start veriblər. “Ojakh”da keyterinq xidməti təşkil edən xanımlarımız, həm də gündəlik yemək sifarişlərini qəbul edirlər.

Layihə çərçivəsində ad günləri, xüsusi tədbirlər, korporativ görüşlər və müxtəlif məclislər üçün yemək sifarişləri qəbul olunur. Menyuda Azərbaycan mətbəxinin məşhur təamları – dolma, qutab, düşbərə, plov, dovğa, ləvəngi, salatlarla yanaşı, tortlar da var. Sahibkarlar bildirirlər ki, onların əsas məqsədi ev dadını qoruyaraq keyfiyyətli və estetik xidmət təqdim etməkdir.

Qeyd edək ki, bu təşəbbüs yalnız keyterinq xidməti ilə məhdudlaşmayacaq. Hazırda icarəyə götürülmüş məkanda təmir işləri aparılır və yaxın zamanda burada PlayStation və karaoke otaqlarının fəaliyyətə başlaması planlaşdırılır. Bu isə məkanı yalnız yemək sifarişi üçün deyil, həm də asudə vaxtın maraqlı keçirilməsi üçün cəlbedici edəcək.

Təşəbbüsçülərin sözlərinə görə, ideya əvvəlcə dost çevrəsində təşkil olunan kiçik tədbirlərdən yaranıb. Yeməklərə olan maraq və müsbət rəylər onları bu işi daha geniş miqyasda həyata keçirməyə ruhlandırıb.

“Ojakh” Sheppard ve Bathrust küçələrinin kəsişməsində yerləşir. Müştərilər həm yerindən götürmə (pick-up), həm də çatdırılma xidmətindən yararlana bilərlər.

Sifariş üçün “Ojakh”ın İnstagram səhifəsinə yaza bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar