[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Azərbaycanlı xanımlar üçün ödənişsiz psixoloji dəstək proqramı fəaliyyətə başladı

Azərbaycan Qadınlarına Dəstək Mərkəzi (Azerbaijani Women’s Support Centre (AWSC)) tərəfindən azərbaycanlı xanımlara və ailələrə ödənişsiz psixoloji dəstək xidmətləri təqdim olunur.

AWSC-dən verilən məlumata görə, psixoloji dəstək çərçivəsində psixoterapevt və məsləhət xidmətləri göstərilir. Psixoloji dəstəyə ehtiyacı olan xanımlar, həmçinin valideynlər uşaqları ilə bağlı yaşadıqları çətinliklər, davranış problemləri və ya onları narahat edən suallarla bağlı mərkəzə müraciət edə bilərlər.

Ödənişsiz psixoterapevt dəstəyi almaq istəyənlər aşağıdakı elektron poçt ünvanına yaza bilərlər: info@azerwomen.ca

Qeyd edək ki, bu təşəbbüs AWSC tərəfindən 2019-cu ildən etibarən hər il həyata keçirilir. Məqsəd icmamızdakı qadınlara və ailələrə psixoloji və emosional dəstək göstərməkdir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar