[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“Baku Production” yay mövsümü üçün tələbələri işə dəvət edir

“Baku Production” 2026-cı ilin yay mövsümü üçün tələbə vakansiyaları elan edir. Bu barədə bizimlə söhbətində “Baku Production”ın həmtəsisçisi Sultanhüseyn Qasımzadə məlumat verib. Onun sözlərinə görə, hazırda aşağıdakı vəzifələr üzrə işçi axtarılır: tədbir koordinatoru və rəqəmsal marketinq koordinatoru.

S.Qasımzadə bildrir ki, maydan etibarən bir neçə konsert və tədbir keçiriləcəyindən daha çox insan resursuna ehtiyac olacaq.  Vakansiyanı qazananlar bu il aprelin 27-də işə başlayacaqlar. İş tam ştatlı və ödənişli 8 həftəlik proqramdır.

Tələblər:

  • Kanadada işləmək hüququ olmalıdır
  • Yaş: 18–30
  • Əvvəlki təcrübə üstünlükdür

Maraqlananlardan CV-lərini bu ünvana göndərmələri xahiş olunur:  info@bakuproduction.ca

Sualı olanlar bu nömrə ilə əlaqə saxlaya bilərlər: (647) 996-212Qeyd edək ki, “Baku Production” Kanadada Azərbaycan mədəniyyətini tanıtmaq və təbliğ etmək məqsədilə mədəni tədbirlər və konsertlər təşkil edir. Şirkət gənc həmyerlilərimiz Sultanhüseyn Qasimzadə və Sənan Əlizadə tərəfindən yaradılıb.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar