Britaniya Kolumbiyasının Kootenay bölgəsində həyat yoldaşı ilə elektrikli velosipedlə gedən kişi boz ayının hücumuna məruz qalıb. Nəticədə yaralı xəstəxanaya aparılaraq əməliyyat olunub.
Britaniya Kolumbiyasının Təbiəti Mühafizə Xidmətinin sosial mediadakı paylaşımına görə, cütlük Kootenay çayı boyunca elektrikli velosipedlə gedirmiş. Qadın ərinin qışqırdığını eşidib və boz ayının ona doğru qaçdığını görüb: “O, ayı spreyi istifadə edib və sonra ərinə hücum edən ikinci ayını görüb. Yenidən ayı spreyi istifadə etdikdən sonra hər iki ayı qaçıb”.
Hadisə yerində aparılan axtarış zamanı ayılar tapılmayıb, lakin əraziyə xəbərdarlıq lövhələri yerləşdirilib və üç cığır bağlanıb.
WildSafeBC təşkilatının məlumatına görə, təbiəti mühafizə zabitləri hər il 400–500 boz ayı ilə bağlı müraciət qəbul edirlər. Pik mövsüm isə apreldən noyabra qədər davam edir.
Britaniya Kolumbiyasının Təbiəti Qoruma Xidməti bildirir ki, baş verən ayı hücumu ehtimal ki, “müdafiə xarakterlidir” və ayıların insanları izlədiyinə dair heç bir sübut yoxdur”.
Ötən həftəsonu Britaniya Kolumbiyasında ikinci vəhşi heyvan hücumu Smithers yaxınlığında olub. Orada bir kişi hücum edən pumanı üzünə yumruq vurmaqla dəf edib.
Foto: Paul Hamilton/Can Geo Photo Club
















