Noyabrın 15-də bir sıra filmlər üçün kinoteatrlardan birbaşa əldə edilən biletlər pulsuz olacaq
“Cineplex”in noyabrın 15-də keçiriləcək “İcma Günü” tədbirində Kanadanın müxtəlif şəhərlərində tamaşaçılarapulsuz biletlər veriləcək. The Rec Room və Playdium kinoteatrlarında keçiriləcək tədbir çərçivəsində səhər saat 9:00-dan 11:00-a qədər “Cineplex”in kinoteatrlarından birbaşa əldə edilən biletlər tamaşaçılara pulsuz təqdim ediləcək. Biletlər “ilk gələn ilk alır” prinsipi ilə paylanacaq.
Tədbir çərçivəsində ailə filmləri – “Minions: Rise of Gru”, “The wild robot”, “Puss in Boots: The Last Wish” və “Sing 2” – nümayiş olunacaq.
Eyni zamanda, kinoteatrın bufetlərində endirimli qiymətlər təklif ediləcək: adi popkorn, içkilər və seçilmiş şirniyyatlar saat 11:00-a qədər 3 dollar (+vergi) olacaq.
Bundan əlavə, XSCAPE, The Rec Room və Playdium mərkəzlərində oyun zonaları üçün pulsuz və ya endirimli oyun seansları keçiriləcək. Toplanan vəsaitlər BGC Canada (Boys and Girls Clubs of Canada) təşkilatını dəstəkləməyə yönəldiləcək.
Foto: Dreamstime
















