[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Cineplexdə bu həftəsonu biletlər 5$ olacaq

30-31 Avqustda Kanada üzrə hər kəs Cineplex kinoteatrlarında cəmi 5 dollara (əlavə vergilər daxil deyil) bilet və 5 dollara popcorn əldə edə biləcək.

Daha premium kino təcrübəsi istəyirsinizsə, əlavə ödənişlə 3D, IMAX®, UltraAVX®, D-BOX®, 4DX®, ScreenX®, Clubhouse və VIP zallarını seçə bilərsiniz.

Giriş biletləri kinoteatrdan alındıqda biletin qiyməti hər kəs üçün 5 dollardır (üzərinə vergi də gəlir). Onlayn sifarişdə isə qiymətlər daha çoxdur:

CineClub üzvləri üçün $5.00

Scene+ üzvləri üçün $6.00 ($5 + $1.00 onlayn xidmət haqqı)

Digərləri üçün $6.50 ($5.00 + $1.50 onlayn xidmət haqqı)

Biletləri 30-31 avqust üçün indidən də endirimli qiymətə ala bilərsiniz. Ətraflı cineplex.com saytına baxa bilərsiniz.

Foto: Postmedia

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp