Bu məbləğ heç bir şərt müqabilində verilmir
Delta Air Lines şirkəti, fevralın 17-də qəza enişi edən təyyarədəki hər bir sərnişinə 30 min dollar məbləğində pul təklif edir.
Qeyd edək ki, Delta Air Lines şirkətinin Endeavor Air tərəfindən idarə olunan 4819 saylı reysi Toronto Pearson Beynəlxalq Hava Limanında tərsinə çevrilərək qəza enişi edib. Təyyarədəki 76 sərnişin və dörd ekipaj üzvü arasında həyatını itirən olmayıb. Üç nəfər kritik xəsarət alıb: bir uşaq, 60 yaşlarında bir kişi və 40 yaşlarında bir qadın. Sərnişinlər arasında 22 nəfəri Kanada vətəndaşı olub.
Qeyd edək ki, 30.000 dollarlıq jest heç bir şərt müqabilində verilmir. Bu məbləğin sərnişinlərin öz haqlarını tələb etmələri üçün hüquqi yollara baş vurmasına təsiri yoxdur.
Foto: abc7