[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Detroitlə Toronto şahmatçıları arasında yarışda 1 və 2-ci yerləri həmyerlilərimiz qazanıb

Həmyerlilərimiz Ümid Allahverdi və Nihad Məmmədov Amerikanın Detroit şəhəri ilə Toronto şahmatçıları arasında keçirilən yarışdan əlidolu qayıdıblar. Blitz (hər oyunçuya 10 dəiqə və daha az vaxt verilir) və rapid (hər oyunçuya 10-60 dəqiqə vaxt verilir) yarışlarının hər ikisində birinci və ikinci yerin mükafatlarını həmyerlilərimiz götürüb. Belə ki, Nihad Məmmədov həm blitz, həm də rapid yarışında birinci, Ümid Allahverdi isə hər iki yarışda ikinci yeri qazanıb.

Qeyd edək ki, Nihad və Ümid ötən ay Ontario əyalətində yaş qrupları üzrə keçirilən şahmat çempionatında (Ontario Youth Chess Championship 2025) birinci yeri qazanaraq Kanada üzrə keçirilən şahmat yarışına qatılmaq üçün vəsiqə əldə ediblər.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar