Ötən həftə Edmonton Azərbaycan Mədəniyyət Cəmiyyəti (Azerbaijan Cultural Society of Edmonton) Edmonton İrs Festivalında Azərbaycanı təmsil edib. Cəmiyyətin verdiyi məlumata görə, icmamızın çıxışı 66 pavilyon arasında “Ən Yaxşı Əyləncə” nominasiyasında 1-ci yeri qazanıb.
Qeyd edək ki, Edmonton İrs Festivalında dünyanın dörd bir yanından 300,000-dən çox insan iştirak edib: “Biz də Azərbaycan mədəniyyətinin gözəlliyini və zənginliyini paylaşmaq şərəfinə nail olduq. Bu il bizim üçün azərbaycanlı olaraq kimliyimizi əsl bayram kimi yaşatmaq, mədəniyyətimizin gücünü qürurla daşımaq və paylaşmaq fürsəti oldu. Hazırlıqlara başladığımız andan etibarən biz zəngin irsimizi, musiqimizi, rəqslərimizi, yeməklərimizi və Azərbaycan ruhunu Edmonton ictimaiyyəti və dünyanın hər yerindən gələn ziyarətçilərlə bölüşməkdən sevinc və qürur duyduq”.
AMC 11-ci ildir ki, sözügedən festivalda Azərbaycanı təmsil edir.




















