[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Lindseydə evinə girən oğrunu döyən kişi həbs edilib

kanadada ogurluq

Ev sahibi 44 yaşlı Lindsey sakini ağır bədən xəsarəti yetirməkdə və silahla hücum etməkdə ittiham olunub

Ontario əyalətinin Kavartha Leyks regionunun Lindsey qəsəbəsində yaşayan bir kişi səhər tezdən evinə girən oğrunu döydüyü üçün həbs edilib. Polisin məlumatına görə, hadisə bu həftənin bazar ertəsi Kent küçəsində yerləşən mənzildə baş verib. Şübhəli şəxs yuxudan oyanıb və evində oğru görüb. İstintaqçılar deyir ki, tərəflər arasında qarşıdurma baş verib və nəticədə oğru ağır, həyati təhlükəsi olan xəsarətlər alıb.

Polisin məlumatına görə, ev sahibi 44 yaşlı Lindsey sakini oğruya ağır bədən xəsarəti yetirməkdə və silahla hücum etməkdə ittiham olunub.

Oğru 41 yaşlı Lindsey sakini isə dörd ittihamla, o cümlədən silah saxlama və qanunsuz mənzilə girmə ittihamları ilə üzləşib. Polis bildirib ki, saxlanılan oğru əvvəllər törətdiyi başqa cinayətlərə görə axtarışda olub: “Xəstəxanadan buraxıldıqdan sonra onun barəsində məhkəməyə qədər həbs qərarı veriləcək”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp