İyuldan etibarən Kanadada Federal Hökumət tərəfindən verilən sosial ödənişlərin miqdarı artırılır. Uşaq pulu (CCB), GST/HST krediti, əlillik pulu, yaşlılar üçün təqaüd kimi federal yardımlara bu ilin iyul ayından etibarən 2.7% inflyasiya artımı olacaq. Kanada İşçi Əlavəsi isə bu il daha böyük – 4.7% artım görəcək. Əgər sizin gəliriniz və ya ailə vəziyyətiniz 2024-cü ildə dəyişibsə, alacağınız məbləğ arta və ya azala bilər.
