[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada Mərkəzi Bankı faiz dərəcəsini 2,25-ə saldı  

Növbəti faiz qərarı 10 dekabrda açıqlanacaq

Kanada Mərkəzi Bankı ardıcıl olaraq ikinci dəfə faiz dərəcəsini azaldaraq 2,25-ə endirib.

Mütəxəssislər bildiriblər ki, özəl sektor iqtisadçılarının gözlədiyi kimi, bu qərar, iqtisadiyyatda davam edən zəiflik və inflyasiyanın 2 faizlik hədəfə yaxın qalacağı proqnozlarına əsasən qəbul edilib.

Kanada Mərkəzi Bankının rəhbəri Tiff Maklem bu gün Ottavada çıxış edərək bildirib ki, faiz endirimi iqtisadiyyatı “uyğunlaşma dövrü”ndən keçməyə kömək etmək məqsədi daşıyır.

T.Maklemin sözlərinə görə, ABŞ-ın ticarət tarifləri və qeyri-müəyyən ticarət vəziyyəti Kanada iqtisadiyyatını zəiflədib, eyni zamanda bir çox müəssisələr üçün xərcləri artıraraq inflyasiyaya təzyiq göstərib.

T.Maklem bildirib ki, əgər iqtisadiyyat Kanada Mərkəzi Bankının proqnoz xətti üzrə hərəkət etsə, növbəti dövrdə fasilə verilə bilər. Lakin o etiraf edib ki, yüksək qeyri-müəyyənlik fonunda proqnozlarda ehtiyatlı olmaq lazımdır: “Əgər iqtisadiyyat Monetar Siyasət Hesabatımızdakı proqnozlara uyğun inkişaf edərsə, İdarə Heyəti hazırkı faiz dərəcəsini 2 faiz civarında saxlamaq üçün uyğun hesab edir”.

Hazırda Kanada Mərkəzi Bankının uçot dərəcəsi neytral faiz aralığının aşağı həddinə enib.

Növbəti faiz qərarı 10 dekabrda açıqlanacaq.

Foto: Azin Qaffari/Postmedia

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp