Kanada Ukraynaya dəstək üçün 235 milyon Kanada dollar həcmində yardım paketini elan edib. Bunun 200 milyon dolları Ukraynanın özünü müdafiəsinə, 35 milyon dollar isə NATO vasitəsilə humanitar və digər dəstək tədbirlərinə ayrılacaq.
Prioritet Ukrayna Tələbləri Siyahısı (PURL) ötən ilin iyununda Haaqadakı NATO Sammitindən sonra yaradılıb və ABŞ-ın israrı ilə formalaşdırılıb. ABŞ müttəfiqlərindən Ukraynanın təchizat yükünü daha çox bölüşməyi tələb edirdi.
ABŞ Prezidenti Donald Tramp uzun müddətdir öz ölkəsinin Kiyevə bağışladığı hərbi texnika miqdarını azaltmağa çalışırdı.
İkinci dəfədir ki, Kanada PURL vasitəsilə Ukrayna üçün avadanlıq alır. Birinci alış bu ilin avqustunda olmuşdu və həmin vaxt Kanada tərəfindən təxminən 680 milyon dollar ayrılmışdı.
Foto: Adrian Wyld/The Canadian Press
















