[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Qarabağ qazisinin nəşinin vətənə yola salınması üçün yardım kampaniyası başladılıb

Kanadanın Toronto şəhərində yaşayan gənc soydaşımız, İkinci Qarabağ Müharibəsinin iştirakçısı, Vətən uğrunda döyüşlərə görə orden və medallarla təltif edilən Sadiq Adıgözəlzadə 27 yaşında dünyasını qəfil dəyişib.

Zəhmətkeşliyi, sakit təbiəti, mehribanlığı ilə hər kəsin rəğbətini qazanan Sadiq Qarabağ müharibəsinə könüllü yollanmışdı. Anasi oğlunun nəşinin Azərbaycana göndərilməsini, vətən torpağında dəfn edilməsini istəyir. Amma nəqliyyat, sənədləşmə və dəfn xərcləri üçün 11 min dollar vəsait lazımdır. Ailənin bu qədər pula imkanı çatmadığından Sadiqin  nəşinin Azərbaycana aparılması üçün GoFundMe kampaniyası yaradılıb.

İmkanı olanlardan Qarabağ qazimizin son mənzilə yola salınması üçün yardım əlini uzatmasını xahiş edirik.

Allah rəhmət eləsin.

İanə etmək və paylaşmaq üçün link: gofundme.com

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp