“BC Hydro” azgəlirli və həssas qruplara daxil olan müştərilərə portativ kondisionerlərin verilməsini bu il də davam etdirir. Qarşıdakı aylarda havaların istiləşməsi səbəbilə bu cihazlara müraciət etmələri tövsiyə olunur. Bu, Britaniya Kolumbiyası hökuməti tərəfindən maliyyələşdirilən üç illik proqram çərçivəsində həyata keçirilir. Məqsəd azgəlirli və həssas qrupa daxil ola insanlar üçün kondisionerlərə əlçatanlığı təmin etməkdir.
Bu ehtiyacı qarşılamaq üçün, Britaniya Kolumbiyası hökuməti 10 milyon dollar ayıraraq üç illik proqram çərçivəsində “BC Hydro” ya 8,000 pulsuz daşına bilən kondisioner quraşdırmaq tapşırığını verib.
Proqram il boyu aktivdir. Qışda və ya payızda müraciətlərin qiymətləndirilməsi daha tez başa çatır, buna görə cihazı isti aylardan əvvəl alma ehtimalları daha yüksək olur.
Ev sahibləri cihazlarını özləri də quraşdıra bilər. Bu, xüsusilə yayda onların cihazı daha tez əldə etməsinə yardımçı olar.
65 yaş və bu yaşın üzərində olanlar, tək yaşayan şəxslər, əlilliyi olanlar, hamilə qadınlar, xroniki fiziki və ruhi sağlamlıq problemləri olan fərdlər həssas qrupa daxildir.
Britaniya Kolumbiyasında yaşayanlar bu linkə daxil olaraq onlayn şəkildə müraciət edib kondisioner əldə edə bilərlər.